İqtisadiyyat

Yanvar-iyun aylarında Türkiyənin kimyəvi maddə ixracı 14 milyon dolları ötüb

4 İyul 2023 20:52
Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cari ilin yanvar-iyun aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azalaraq, 14 milyon 593 min 614 dollara bərabər olub.

Milli.Az TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin iyun ayında Türkiyə 2 milyon 365 min 555 dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 25,3 faiz azdır" - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 31 milyon 237 min 865 dollar məbləğində kimyəvi maddə ixrac edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.