Sahibkarlar azad edilmiş ərazilərdə nəzərdə tutulan güzəştlər barədə məlumatlandırılıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zəngilan rayonunun Ağalı kəndində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında fəaliyyət göstərəcək biznes subyektləri ilə keçirilən görüş çərçivəsində sahibkarlar işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən dövlət dəstəyi, o cümlədən vergi və digər güzəştlər, habelə regionun mövcud investisiya imkanları barədə məlumatlandırılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Milli.Az-a verilən məlumata görə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşəbbüsü, KOBİA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və 50-dən çox sahibkar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, Azərbaycanda sahibkarlığın əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. O, həmçinin dövlət başçısı İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə aparılması üçün hədəflərin müəyyənləşdirildiyini və müvafiq tapşırıqların verildiyini qeyd edib: "Hazırda bu istiqamətdə işlər uğurla həyata keçirilir. Əminik ki, sahibkarlarımızın bu ərazilərə yatırdığı investisiyalar bərpa-quruculuq işlərini sürətləndirməklə yanaşı, bölgəyə qayıdacaq əhalinin rifahının daha da yaxşılaşdırılması üçün yeni iş imkanları yaradacaq. Biz bu istiqamətdə sahibkarlar üçün hər bir şəraiti yaratmağa, həmçinin bütün tərəfdaşlarla birgə işləməyə hazırıq. Sahibkarları işğaldan azad edilmiş ərazilərimizin bərpasında və inkişafında fəal olmağa dəvət edirik".
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün tətbiq olunan stimullaşdırıcı dəstək mexanizmləri və güzəştlər barədə danışıb. Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərimizdə müasir sosial infrastruktur, həmçinin DOST xidmətləri şəbəkəsinin qurulması istiqamətində tədbirlərin başlanğıcı olaraq 2022-ci ilin mayında Ağalıda ilk "Smart DOST" xidmət məntəqəsi açılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən 2023-2026-cı illərdə həmin ərazilərdə DOST mərkəzi və filiallları, peşə hazırlığı və reabilitasiya obyektləri yaradılacaq. Zəngilanın Ağalı və Tərtərin Talış kəndlərində aktiv məşğulluq proqramları icra edilir, sakinlərin məşğulluğunun təmin edilməsi, özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatların yaradılması və peşə hazırlığının təşkili istiqamətində də işlər görülür.
KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov işğaldan azad edilmiş ərazilərə yerli və xarici iş adamlarının marağının artdığını, bu ərazilərdə biznes qurmaq və investisiya yatırmaq üçün sahibkarlardan xeyli müraciətlərin daxil olduğunu qeyd edib. Eyni zamanda Ağalıda KOB dostunun fəaliyyəti, regionda sahibkarlığın qurulması və özünüməşğulluğun təmin edilməsi üçün KOBİA-nın gördüyü işlər və dəstək tədbirləri barədə məlumat verib.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov işğaldan azad olunmuş ərazilərdə gömrük postlarının fəaliyyətinin təşkili istiqamətində görülən işlər barədə məlumat verib, bu ərazilər üzrə idxalı gömrük rüsumlarından azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısının hazırlandığını diqqətə çatdırıb.
Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin, İqtisadi Zonaların İnkişafı Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan İnvestisiya Şirkətinin nümayəndələri işğaldan azad olunmuş ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlıq subyektləri üçün nəzərdə tutulan vergi, sosial sığorta, kommunal xidmətlər üzrə və digər güzəştlər, Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı barədə məlumat verib, sahibkarların sualları cavablandırılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək
-
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən azad ediləcək
-
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? - Açıqlama
-
Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
-
ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
XƏBƏR LENTİ
-
Tiflisdə minlərlə insan yürüşə qatıldı - (Video)
-
Filarmoniyada Dövlət Simfonik Orkestrinin konsert proqramı təqdim olunub - (Foto)
-
Həbsxanada 60 kilo arıqlayan kişi: "Qızım məni tanımayıb qorxudan qaçdı" - (Foto)
-
Çağla Şıkelin oğlu böyüdü: Boyu atasını keçdi - (Foto)
-
Xalq artisti Samir Cəfərov ilk dəfə Kavaradossi obrazında çıxış edib - (Foto)
-
Kanalda boğulan Hüseynin (Fotosu)
-
Türkiyə 2050-ci ilədək 12 nüvə reaktorunun inşasını nəzərdə tutur
-
Kiyevə dron hücumu - ölən və yaralananlar var
-
Qazaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb
-
Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb - Yenilənib
-
Cem Yiğit Üzümoğlu yeni obrazı üçün 19 kiloqram arıqladı - (Foto)
-
Bakıda stilist doğuşdan sonra vəfat etdi
-
Oqtay Məmmədov vəfat etdi
-
“Azinvest Telecom Technology” milyonluq məhkəmə çəkişməsini uduzdu
-
Azərbaycanlı musiqiçilər Pakistanda keçirilən III Dünya Mədəniyyət Festivalında uğurla iştirak ediblər - (Foto)
-
Nagihan Karadere yeni estetik əməliyyatla başqa biri oldu - (Foto)
-
"Turan Tovuz" "Kəpəz"i, "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi
-
Kürdəmirdə üç avtomobil toqquşub, xəsarət alan var
-
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
-
BLOK3 7,8 milyonluq avtomobil aldı
-
PSJ-də ciddi itki
-
Fədayə Rusiyadan köçür
-
Rusiyada 6,2 ballıq zəlzələ oldu
-
Jorje Jezuş Ronaldonun son matçında olmayacaq





