İqtisadiyyat

Bakı-Astara marşrutu üzrə dəmir yolunun bərpası işləri aparır

15 May 2010 12:33
Baxış: 405
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bunu QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Həmçinin, Osmanlı-Azadkənd dəmiryol mənzilinin 15-ci kilometrliyində yeni körpünün tikilməsi və yolun bərpa olunması üzrə layihələrin hazırlanması gedir. Nadir Əzməmmədovun sözlərinə görə, problemlər Osmanlı-Azadkənd dəmiryol mənzilindəki selə görə yaranıb. Yaşayış sahələrini su basmasının qarşısını almaq məqsədilə yolun altından suyun keçməsi üçün tədbirlər görülüb.

Sahilbərkitmə işlərinin aparılması məqsədilə qəza yerinə daş plitələr və köhnə beton şpallarla dolu vaqonlar gətirilir.

Mayın 9-dan Kür çayının daşması nəticəsində Bakı-Astara marşrutu üzrə qatarların hərəkəti dayandırılıb. 14 vaqondan ibarət Bakı-Astara-Horadiz qatarı Şirvana qədər vahid şəkildə gedir. Orada isə Bakı-Astara və Bakı-Horadiz qatarlarına ayrılır. Hazırda Horadizə qatarların hərəkəti davam edir, lakin Astaraya hərəkət dayanıb. Astara istiqamətində sutka ərzində 300 nəfər daşınır.

/Trend/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.