İqtisadiyyat

“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi keçiriləcək

10 Aprel 2023 11:58
Baxış: 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ulu öndərin 100 illik yubileyi ilə bağlı keçiriləcək yerli şirkətlərin sərgisində sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox şirkət məhsul və xidmətlərini təqdim edəcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Milli.Az-a verilən məlumata görə, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı olaraq, 8-10 iyun tarixlərində "Baku Crystal Hall"da "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" mövzusunda yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlərin məhsul və xidmətləri nümayiş olunacaq.

150-dən çox şirkətin qatılacağı sərginin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır.

Sərgiyə qatılmaq istəyən şirkətlər ətraflı məlumat üçün müraciət edə bilərlər: (+994 12) 310 15 58 və ya *0555.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.