Azərbaycanla Özbəkistan vergi sahəsində təcrübə mübadiləsi edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Dövlət Vergi Komitəsinin sədrinin birinci müavini Mubin Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
DVX-dən bildirilib ki, görüşdə iki ölkə arasında vergi sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə edilib.
Dövlət xidmətinin rəisi Orxan Nəzərli ölkələrimizin bənzər iqtisadi çağırışlarla üz-üzə olduğunu qeyd edib və Azərbaycanın vergi sistemində aparılan işlər, həyata keçirilən yeniliklər barədə Özbəkistan nümayəndə heyətini məlumatlandırıb. Görüş zamanı biznesin vergi öhdəlikləri sahəsinə nəzarət mexanizmləri, "kölgə iqtisadiyyatı"nın səviyyəsinin azaldılmasına yönəlmiş vergi alətlərinin tətbiqi, yüksək vergi riski olan müəssisələrə tətbiq edilən vergi nəzarəti tədbirləri, vergidən yayınmanın ümumi sxemlərinin müəyyən olunması və aradan qaldırılması sahəsində təcrübə mübadiləsinin aparılması imkanları qeyd edilib.
Tərəflər xüsusi iqtisadi zonaların iştirakçıları üçün müəyyənləşdirilmiş vergi rejimləri və güzəştlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi inzibatçılığı, pərakəndə ticarət müəssisələrinin və xidmətlərin satışı üzrə dövriyyəyə vergi nəzarəti, banklarla məlumat mübadiləsi, nağd pulla həyata keçirilə bilən əməliyyatlar üzrə qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı milli təcrübələri müzakirə ediblər. Xüsusilə, "kölgə iqtisadiyyatı"na qarşı mübarizədə strukturlararası əməkdaşlıq məsələsi diqqət mərkəzində olub. Özbəkistan Respublikasının Dövlət Vergi Komitəsinin sədrinin birinci müavini Mubin Mirzəyev "kölgə iqtisadiyyatı" ilə bağlı məsələlərin vergi orqanları qarşısında duran prioritetlərdən olduğunu vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan "kölgə iqtisadiyatı"nın miqyasının azaldılması sahəsində son illər əhəmiyyətli nəticələr əldə edib. DVX rəisi Orxan Nəzərli bu sahədə aparılan işlər barədə geniş məlumat verib. Tərəflər arasında risklərin idarə edilməsi, vergi inzibatçılığında informasiya sistemlərinin tətbiqi, zəruri məlumatların əldə olunması zamanı digər dövlət strukturlarının məlumat bazaları ilə inteqrasiya, əlavə dəyər vergisinin inzibatçılığı və s. barədə fikir mübadiləsi aparılıb.
Görüşdə ölkələrimizin vergi xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi, məlumat və təcrübə mübadiləsi sahəsində əlaqələrin genişləndirilməsi qərara alınıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Xankəndi"nə yeni baş məşqçi təyin olundu - (Foto)
-
Qəhvənin təsiri niyə insandan insana dəyişir?
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
FIFA prezidenti Bakıya gəlib
-
Cabir İmanovun vəfatından bir il ötür... - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı
-
Dənizdə batdığı ehtimal edilən 3 nəfərdən xəbər yoxdur - Axtarışlar davam edir
-
Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun
-
Həbsdən çıxan Səlim Müslümovun yeni işi bəlli oldu
-
Bu şəxslərə pul ödənildi - 188 min nəfəri əhatə edir
-
FHN-dən suda boğulma statistikası: 64 nəfər
-
Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Çindən Yaponiyaya sərt xəbərdarlıq: “Tarixdən dərs çıxarın”
-
Qazi aşpazın ölüm səbəb məlum oldu - Şüşəyə yumruq vurubmuş...
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
Bakıda 9 mərtəbələr niyə 5 mərtəbələrdən bahadır? - Qiymətlər
-
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
-
Hakan Çalhanoğlu klubunu dəyişir
-
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib - (Foto)
-
Si Cinpinin irəli sürdüyü qlobal inkişaf təşəbbüsünün 5 ili tamam olur
-
Ağsuda 30 hektarlıq ərazi yandı - Yanğına səbəb olan şəxs saxlanıldı
-
Nikol Şerzinger ağır yanıq xəsarətləri ilə səhnəyə çıxdı - (Foto)
-
Bir gündə 34 cinayət açıldı - DİN-dən yeni məlumat





