İqtisadiyyat

ABŞ gələn il üçün Azərbaycanın neft hasilatı üzrə proqnozunu açıqlayıb

11 Yanvar 2023 09:12
Baxış: 5 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-cü il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.

Milli.Az "APA-Economics"a istinadən bildirir ki, gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 660 min barel təşkil edəcəyi ehtimal edilir.

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 650 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoz (dekabr ayında verilib - red.) göstəricisi ilə müqayisədə 10 min barel çoxdur.

Hesabatda qeyd olunur ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub, bu da öncəki proqnoz göstəricisinə bərabərdir.

Xatırladaq ki, 2021-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub. 2020-ci və 2019-cu illərdə sözügedən göstərici müvafiq olaraq 700 min barel və 780 min barel səviyyəsində olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.