İqtisadiyyat

“Zeytun” aptekində satdığı bu dərmanlara görə cərimələndi

7 Yanvar 2023 07:35
Baxış: 919
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda "Zeytun Pharmaceuticals" şirkətinə məxsus "Zeytun" aptekində dövlət qeydiyyatında keçirilməmiş dərmanların satışının təşkil edilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən, "Zeytun-469" aptekin satıcısı Y.Soltanov (ad-soyad şərtidir) 3 min manat məbləğində cərimələnib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Y.Soltanov bildirib ki, onun çalışdığı  aptekdən dövlət qeydiyyatdan keçirilməmiş "Paxil", "Ventolin", "Janumet", "Triplixam", "Forziga", "Rytmonorm", "Kardura", "Devit-3". "Estrofem", "Norvasc". "Dideral", "Cialis", "Viagra", "Kestine", "Zirtek", "İsoptin" markalı dərman vasitələri aşkar edilərək götürülüb.

Baxış zamanı aptekdən aşkar edilmiş qeydiyyatsız dərmanlar "Zeytun" və "Binə depo" şirkətlərindən əldə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.