Hadisə

DTX "Hürriyyət"in redaksiyasında əməliyyat keçirdi, Vüqar Məmmədov saxlanıldı - YENİLƏNİB

30 Oktyabr 2025 12:55
Baxış: 2 322
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

12:55

"Hürriyyət" qəzeti və "Hürriyyət TV"də əməliyyat keçirilib.

Milli.Az xəbər verir ki, baş redaktor Vüqar Məmmədov saxlanılıb.

APA-nın əldə etdiyi məlumata görə, əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilib.

12:33

Hüquq-müfahizə orqanları Hurriyyet TV-də əməliyyat keçirib.

Milli.Az bakupost.az-a istinadla xəbər verir ki, əməliyyat zamanı "Hürriyyət" qəzeti, eyniadlı Hurriyyet.az saytı və Hurriyyet TV-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.

Qeyd olunur ki, həmçinin Hurriyyet TV-nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.

Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur.

Qeyd edək ki, 14 oktyabr tarixində Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.