Ölkə

29 ildir icra başçısıdır, 5 rayona rəhbərlik edib - FOTO

30 Oktyabr 2025 12:05
Baxış: 1 630
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda icra başçısı postunda ən çox çalışan məmurlardan biri də Taleh Qaraşovdur.

Milli.Az xəbər verir ki, 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olan 66 yaşlı Qaraşovun icra strukturları ilə tanışlığı ötən əsrin sonlarına təsadüf edir. T.Qaraşov 1982-1983-cü illərdə Kürdəmir rayon partiya komitəsində təlimatçı, 1986-1991-ci illərdə şöbə müdiri, 1991-1996-cı illərdə isə Kürdəmir rayon icra hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.

Ulduzu gənc yaşlarında parlayan T.Qaraşov mərhum prezident Heydər Əliyevin Sərəncamı ilə 1996-ci ildə Kürdəmir rayon icra hakimiyyətinin başçısı təyin olunub. 37 yaşında icra başçısı postuna sahib çıxan Qaraşov 6 il Kürdəmirə rəhbərlik edib.

T.Qaraşovun növbəti iş yeri Cəlilabad rayonu olub. O, 2002-2006-cı illərdə Cəlilabad rayon icra hakimiyyətinin başçısı vəzifəsini tutub. T.Qaraşov 4 il sonra qonşu rayona məsul vəzifəyə göndərilib. Onun Neftçala Rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi dövr 2006-2011-ci illəri əhatə edir.

Qocaman icra başçısının əmək kitabçasında Astara rayonunun da adı var. Qaraşov 2011-2012-ci illərdə Astara rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Taleh Qaraşov hazırda Lənkəran şəhər icra hakimiyyətinin başçısıdır. O, Prezident İlham Əliyevin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

T.Qaraşov üçün növbəti "dayanacağının" hansı rayon olacağını isə zaman göstərəcək. Bioqrafiyasındakı ştrixlər göstərir ki, zaman həmişə onun xeyrinə işləyib...( Metbuat.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.