Azərbaycana idxal edilən məhsullar ucuzlaşa bilər - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycana idxal edilən malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması idxal olunan məhsulların qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, Gömrük Məcəlləsinə edilən dəyişikliklərin əsas istiqamətlərindən biri idxal edilən məhsulların gömrük dəyərinin daha qısa müddətdə müəyyənləşdirilməsindən ibarətdir.
"Əvvəlki dövrlərdə malların gömrük dəyərinin müəyyənləşdirilməsi bir neçə gün çəkirdi və nəticədə sahibkarlar məhul idxal edən zaman bir neçə gün gömrük məntəqələrində qalmaq məcburiyyətində qalırdılar. Bu isə öz növbəsində əlavə xərclərin yaranmasına səbəb olurdu, bəzi hallarda isə qida məhsulların keyfiyyətinə təsir göstərirdi.
Gömrük Məcəlləsinə dəyişiklikdən sonra məhsulların gömrük dəyəri ən geci 24 saat ərzində müəyyənləşdiriləcək və sahibkarlara bununla bağlı məlumat veriləcək. Nəticədə idxalla məşğul olan sahibkarın xərclərində azalmalar olacaq.
Digər bir dəyişikliyə əsasən isə gömrük bəyannamələrinin, eləcə də bildirişlərinin yalnız kağız formada deyil, həmçinin elektron qaydada təqdim edilməsi ilə bağlıdır. Bu da sahibkarların xərclərinin azalmasına təsir edəcək. Çünki əvvəlki dövrdə kağız formada sənədin alınması üçün sahibkar gömrük orqanına getməli, növbədə dayanmalı idi, ancaq indi electron formada həmin sənədləri ala biləcək. bütün bu dəyişikliklər sahibkarların xərclərinin azalmasına səbəb olacaq və bu da gözlənilir ki, idxal edilən məhsulların qiymətlərinə təsir göstərsin.
Yəni xərclərin azalması həmin məhsulların qiymətlərinin də ucuzlaşmasına imkan yaradacaq. Ancaq bunun bazarda qiymətlərə necə təsir edəcəyini proqnozaşdırmaq çətindir. Təəssüf ki, bəzi hallarda sahibkarların xərcləri azalsa da onlar qiymət azalmalarına getmirlər. ancaq bütün hallarda xərclər azaldığı üçün sahibkarlar tərəfindən idxalm edilən məhsulların qiymətlərində endirimlər ola bilər", - deyə o əlavə edib.
Qeyd edək ki, Milli Məclis dekabrın 27-də keçirilən plenar iclasında Gömrük Məcəlləsində dəyişikliyi üçüncü oxunuşda qəbul edib. Dəyişikliyə əsasən, malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışının təmin olunması təklif olunur. Əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim etməlidir. Qanun layihəsi malların gömrük sərhəd buraxılış məntəqələrindən buraxılışının, xüsusilə gömrük dəyərinin müəyyən edilməsi zərurəti ilə əlaqədar buraxılışının təkmilləşdirilməsi, bu sahədə gömrük orqanlarının öhdəliklərinin gücləndirilməsi, nəticədə malların daha sürətli keçidinin təmin edilməsi məqsədilə hazırlanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
XƏBƏR LENTİ
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)





