İqtisadiyyat

Pullu yoldan belə istifadə ediləcək - Bu tarixdən - VİDEO

25 Dekabr 2022 10:27
Baxış: 3 802
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda inşa edilən ilk ödənişli magistral avtomobil yolu gələn ilin may ayında açılacaq.

Milli.Az-ın məlumatına görə, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov xəzər xəbərə açıqlama verib.

O bildirib ki, Bakı-Quba yolunda giriş-çıxış məntəqələrinin tikintisi başa çatıb, ödəniş terminalları və turniketlər quraşdırılıb. Yol üzərində bir neçə yerdə yük avtomobilləri üçün tərəzi məntəqələri quraşdırılıb.

O ki qaldı qiymətlərə, Agentlik sədri əlavə edib ki, tariflər yük maşınları, sərnişin avtobusları, minik avtomobilləri, qoşqular və digər nəqliyyat vasitələri üçün ayrı hesablanacaq. Onun sözlərinə görə, tariflər təqdim olunub və tezliklə müvafiq sərəncamların veriləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.