KOBİA bu günədək maliyyə və bank sektoru ilə bağlı 18 layihə həyata keçirib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Maliyyə və bank sektoru ilə bağlı aidiyyəti qurumların da iştirakı ilə KOBİA tərəfindən təkcə 2022-ci ildə sayı 5 olmaqla, bu günədək 18 sahəvi və maarifləndirmə tədbirləri təşkil edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Bakıda keçirilən Vl Beynəlxalq Bankçılıq Forumda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
"Bildiyiniz kimi, qlobal çağırışlar fonunda gələcək inkişafın yüksək templərini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilmiş və bu prioritetlərə söykənən "2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" qəbul olunmuşdur.
Əlavə olaraq, maliyyə və bank sektoru ilə bağlı aidiyyəti qurumların da iştirakı ilə KOBİA tərəfindən təkcə 2022-ci ildə sayı 5 olmaqla, bu günədək 18 sahəvi və maarifləndirmə tədbirləri təşkil edilmişdir ki, bu tədbirlərdə onları maraqlandıran suallar cavablandırılmış, qaldırılan bir sıra müraciətlər araşdırılması üçün yerində qeydiyyata alınmış, habelə dövlətin bu istiqamətdə dəstək alətləri onlara izah edilmişdir. Eyni zamanda keçirilmiş görüşlərin nəticələri əsasında mövcud sektorun problemləri dövri olaraq aidiyyəti qurumlara təqdim edilmişdir", - O.Məmmədov qeyd edib.
KOBİA sədri bildirib ki, agentlik ayrı-ayrı banklarla da birgə böyük layihələr icra edib və bu gün də belə layihələri davam etdirməkdədirlər:
"Belə layihələrdən biri KOBİA və Rabitəbankın birgə həyata keçirdiyi "Biznesdə Qadınların Gücü" adlı layihəmizdir. Bu layihəni həyata keçirməkdə məqsədimiz qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsidir.
Hörmətli tədbir iştirakçıları, inanıram ki, bu gün burada səsləndirilən fikirlər və təkliflər ölkəmizin bank sektorunun və o cümlədən bu sektordan yararlanan digər sahələrin inkişafına öz faydasını verəcək, bütün maraqlı tərəflərin fəaliyyətinə müsbət təsirini göstərəcəkdir", - agentlik sədri deyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
XƏBƏR LENTİ
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)





