İqtisadiyyat

Rusiya rublu gücləndirmək üçün Türkiyə ilə razılaşıb

8 Noyabr 2022 19:11
Baxış: 1 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə hakimiyyəti Rusiyaya qaz tədarükü üçün rublla ödəniş etməyə başlayıb. Qarşıdakı aylarda məbləğ artırılacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" agentliyin məlumat yayıb.

Qeyd olunub ki, Moskva öz valyutasını gücləndirmək üçün alıcılarından tədarük haqqını rublla ödəməyi xahiş edir. Eyni zamanda, Ankara lirədən istifadə edərək ticarəti stimullaşdırmağa çalışır.

"Sentyabr ayında Rusiya Türkiyə ilə qaz üçün rubl ödənişlərinin başlanmasına dair razılığa gəlib. Türkiyənin energetika naziri Fateh Dönməzin sözlərinə görə, Ankara bu ilin sonuna qədər qaz qovşağının yaradılması üçün yol xəritəsi hazırlayacaq", - agentlik qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.