İqtisadiyyat

Heyvan yemlərinin qiyməti bahalaşdı - VİDEO

11 Oktyabr 2022 17:48
Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bölgələrdə və paytaxtda heyvan yemlərinin qiyməti artıb.

Tovuz, İsmayıllı və Sabirabad rayonlarında heyvan yemlərinin qiymətlərini araşdırdıq. Tovuzlu fermerlər deyirlər ki, bu il kifayət qədər yağıntı olmadığı üçün sahələrdə ot və yonca azlığı müşahidə olunur. Bu da qiymət artımına səbəb olub.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, satıcılar qiymət artımının 1 manat 50 qəpik-2 manat arasında olduğunu bildirirlər.

İsmayıllıdakı satıcılar isə deyirlər ki, məhsuldarlıq yüksək olduğu üçün qiymətlər 10-15 qəpik enib.

Lakin kənd sakinləri və alıcıların bəzilərini bu qiymətlər də qane etmir.

Sabirabadda da təsərrüfat sahibləri və satıcılar yemin bahalaşdığını deyirlər.

Paytaxtdakı yem mağazalarına da üz tutduq. Məlum oldu ki, burada da qiymətlər ötən ilə nisbətən artıb. Satıcılar deyirlər ki, taxıl məhsullarından əldə edilən yemlər daha çox bahalaşıb.

Bakıda ot və kəpəyin qiyməti Tovuzdakından da aşağıdır. Digər yemlər isə paytaxt mağazalarında bölgələrdəkindən 30 qəpiyədək baha satılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.