İqtisadiyyat

Dünyada yeni iqtisadi böhran: Azərbaycana təsiri nə olacaq? - VİDEO

21 İyul 2022 20:07
0 Şərh     Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pandemiyanı geridə qoymağa hazırlaşan dünya Rusiya-Ukrayna müharibəsi ilə daha bir zərbə almış oldu. Təchizat zəncirlərinin qırılması qiymətləri bahalaşdırdı və məhsulların çatdırılması müddətini dəfələrlə artırdı. Nəticədə iqtisadiyyatları sürətlə geriləyən dünya ölkələri indi yeni iqtisadi böhranın astanasındadır.

Artıq ayaq səsləri eşidilən yeni dünya iqtisadi böhranı ölkələrin iqtisadiyyatlarını kiçiltməkdə davam edir. Ukraynadakı müharibə post-pandemiya dönəminə daxil olmağa hazırlaşan dünya iqtisadiyyatını növbəti böhrana doğru aparır.

Müharibə nəticəsində pozulan təchizat zəncirləri dünya iqtisadiyyatının ciddi bir təhdidlə üz-üzə qaldığını göstərir. Beynəlxalq Valyuta Fondu qlobal artımın 2021-ci ildə təxmin edilən 6,1 faizdən 2022-ci və 2023-cü illərdə 3,6 faizədək azalacağını proqnozlaşdırır. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı-ekspert Elşad Məmmədov bildirir ki, dünya iqtisadiyyatında baş verənlər Azərbaycandan da yan keçmir və mənfi təsirləri minimuma endirmək üçün antiböhran tədbirlərinin görülməsi zəruridir.

Elşad Məmmədov qeyd edib ki, idxal-ixrac əməliyyatları ilə yanaşı maliyyə sahəsində tənzimləmələrə ehtiyac var. Maliyyə sabitliyinin təmin edilməsi və inflyasiyanı azaltmaq üçün görülən effektiv tədbirlər qısa müddətdə öz nəticəsini göstərə bilər.

Dünya Bankının hesablamalarına görə, 2021-ci ildə Azərbaycanda ticarətin ÜDM-ə nisbəti 77 faiz olmaqla orta dünya göstəricisi olan 52 faizdən önəmli dərəcədə yüksəkdir.  Azərbaycanda xarici borcun ümumi daxili məhsulun 10,7 faizini təşkil etməsi, strateji valyuta ehtiyyatlarının 6 illik idxal həcmində olması və yeni şəraitdə əlverişli mövqedə yerləşməsi Azərbaycanı yeni böhrandan qoruyacaq əsas amillər hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.