KOBİA və Özbəkistanın Ticarət və Sənaye Palatası arasında Memorandum imzalanıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində Daşkənddə Özbəkistan - Azərbaycan biznes forumu keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Milli.Az-a verilən məlumata görə, tədbirdə hər iki ölkədən dövlət rəsmiləri və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Biznes forumdakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, Agentliyin fəaliyyəti barədə məlumat verib, Azərbaycanda biznes qurmaq istəyən xarici iş adamlarına KOBİA tərəfindən göstərilən dəstək və xidmətləri diqqətə çatdırıb.
Biznes forum çərçivəsində bir sıra sənədlər, o cümlədən KOBİA və Özbəkistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Özbəkistanın Ticarət və Sənaye Palatasının rəhbəri Davron Vaxabov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar. Memoranduma əsasən tərəflər ticarət və investisiya imkanları haqqında bir-birilərini məlumatlandıracaq, KOB-lar arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsini dəstəkləyəcək və təşviq edəcək, qarşılıqlı biznes missiyalar təşkil olunacaq və s.
Səfər çərçivəsində KOBİA nümayəndə heyəti bir sıra görüşlər də keçirib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistan Prezidentinin yanında Sahibkarlıq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üzrə müvəkkil D.S.Kasımov arasında keçirilmiş görüşdə biznesə hüquqi dəstək mexanizmləri və bu sahədə təcrübə mübadiləsi imkanları müzakirə edilib.
Özbəkistanın iqtisadi inkişaf və yoxsulluğun azaldılması nazirinin müavini, Sahibkarlığın İnkişafı Agentliyinin direktoru M.M.Ubaydullaev ilə keçirilmiş görüşdə isə gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
XƏBƏR LENTİ
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı





