İqtisadiyyat

Avropanın Rusiya neftindən imtinası çətindir

21 İyun 2022 08:33
0 Şərh     Baxış: 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanada və ABŞ Avropa üçün Rusiya neftindən imtinanın çətin olacağını deyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kanada Maliyyə Nazirliyinin rəhbəri Kristia Friland mətbuat konfransında bildirib.

"Biz başa düşürük ki, avropalı tərəfdaşlarımızın Rusiya neftinin tədarükündən imtina etməsi ilə bağlı vəziyyət daha çətindir. Bu baxımdan biz tərəfdaşlarımızla bu məsələni müzakirə etməkdə davam edirik",- deyə bildirilib.

Daha əvvəl qeyd olunub ki, Kanada və Almaniya "Şimal axını" qaz kəməri üçün avadanlıqla bağlı danışıqlar aparır və bu danışıqlar zamanı ölkələr problemin həlli yolunu tapmağa çalışır.

Bundan əvvəl, elə həmin gün Kanadanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi Almaniyanın Kanada hökuməti ilə Siemens qaz turbinlərinin tədarükü məsələsini müzakirə etdiyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.