İqtisadiyyat

Aİ Rusiyaya qarşı neft embarqosu hazırlayır

28 Aprel 2022 08:24
0 Şərh     Baxış: 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə cavab olaraq bu ölkəyə qarşı neft embarqosu tətbiq etməyi ciddi şəkildə düşünür.

"Report" "Financial Post"a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Senatda çıxışı zamanı deyib.

"Aİ-nin özü Rusiyaya qarşı fəal şəkildə sanksiyaların tətbiqini davam etdirir. Düşünürəm ki, növbəti addım Rusiyaya neft embarqosudur. Onlar bunun üzərində işləyirlər. Biz onların bunu necə etdiyini diqqətlə izləyirik", - Blinken Senatdakı dinləmələrdə deyib.

Yüksək vəzifəli diplomat əlavə edib ki, Birləşmiş Ştatlar da öz növbəsində Rusiya iqtisadiyyatının bir sıra yeni sektorlarına sanksiya təzyiqini diqqət mərkəzində saxlamağa davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.