İqtisadiyyat

Bazarda bu məhsulun qiyməti iki dəfə ARTDI- YENİ QİYMƏTLƏR

21 Aprel 2022 21:47
0 Şərh     Baxış: 2 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son ayyarım ərzində uşaq qidalarının qiyməti 2 dəfə artıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hazırda minimum 3 manata təklif olunan uşaq qidasının qiyməti 5-6 manat arasında dəyişir.

Əczsaçıların sözlərinə görə, uşaq qidalarında ilk dəfə artım 1 ay bundan öncə baş verib. Son 2 həftədə isə qiymət bir az da bahalaşıb.

Əczaçılar bildirir ki, qiymət  artımına müştərilər də sərt reaksiya verir.

Bəzi əcçazılar isə qiymət artımına səbəb kimi uşaq qidalarının daha çox xaricdən gətirilməsini göstərir. Xərclərin artmasının qiymətələrə təsir göstərdiyi bildirilir.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.