İqtisadiyyat

“Mubadala” Rusiyaya pul yatırmayacaq

29 Mart 2022 08:44
0 Şərh     Baxış: 783
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əbu-Dabinin suveren "Mubadala" fondu Rusiyaya yeni investisiyalar yatırmayacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Mubadala Group"un baş icraçı direktoru Xaldun Xalif Əl Mübarək bildirib.

"Aydındır ki, bu şərtlər daxilində biz Rusiya bazarına investisiyaları dayandırmalıyıq. Şübhə yoxdur ki, bu böhran bütün dünyanın maraqları naminə indi başa çatmalıdır", - deyə Əl Mübarək əlavə edib. Onun sözlərinə görə, Rusiya Əbu-Dabi fondunun 243 milyard dollarlıq portfelinin 1%-dən azını təşkil edir.

Nəşr qeyd edir ki, "Mubadala"nın Rusiyadakı investisiya portfelinə infrastruktur, daşınmaz əmlak, əmtəə, bank işi və texnologiya kimi sektorlarda 45-dən çox layihə daxildir. "Mubadala"nın strateji tərəfdaşları arasında Rusiya Birbaşa İnvestisiyalar Fondu (RDIF) var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.