İqtisadiyyat

Hindistan və Rusiya baza valyutası kimi Çin yuanına keçə bilər

17 Mart 2022 08:12
0 Şərh     Baxış: 921
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hindistan Rusiyadan təxminən 15 milyon barrelə qədər xam neft idxal edə bilər".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Business Standard"qəzeti etibarlı mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, sövdələşmənin rubl və ya rupi ilə həyata keçiriləcəyi ehtimal edilir.

Bu yaxınlarda Hindistanın neft və qaz naziri Hardeep Singh Puri bildirib ki, ölkəsi Rusiya ilə neftin alışı ilə bağlı müxtəlif məsələlər üzrə danışıqlar aparır.

Həmçinin məlum olub ki, Hindistan və Rusiya Federasiyası rupi-rubl sxemi üzrə ticarət hesablaşmalarında baza valyutası kimi Çin yuanına keçə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.