İqtisadiyyat

Rusiya 16,2 milyard dolları da itirdi

8 Mart 2022 10:11
0 Şərh     Baxış: 2 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur "Coinbase" kriptovalyuta birjası Rusiyadan olan istifadəçilərin hesablarını dondurdu.

Milli.Az Bloomberg-ə istinadən bildirir ki, ABŞ-da yerləşən "Coinbase"da Rusiya Federasiyasının vətəndaşlarının 25 mindən artıq kriptovalyuta pul qabı (blokçeyn-ünvan) vardı.

Həmin hesablarla bağlı bütün məlumatlar ABŞ-ın Maliyyə Nazirliyinə və Federal Təhlükəsizlik Bürosuna verilib.

"Coinbase"ın dondurduğu hesablarda təqribən 16,2 milyard dolların olduğu təxminlənir, çünki sözügedən hesabların əksəriyyəti rusiyalı milyarderlərə və milyonçulara məxsusdu.

"Rusiya Federasiyasına qarşı müxtəlif ölkələrin və şirkətlərin tətbiq etdikləri sanksiyalar milli təhlükəsizliyimizin təminatında həyati önəmə malikdir. "Coinbese" dövlət qurumlarının bu istiqamətdəki bütün səyləri dəstəkləyir", - şirkətin açıqlamasında deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.