İqtisadiyyat

Qlobal neft ehtiyatları 7 illik minimuma enib

11 Fevral 2022 21:25
Baxış: 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft və neft məhsullarının kommersiya ehtiyatları ötən ilin dekabr ayında noyabrla müqayisədə 60 mln. barel azalaraq, son 7 ilin ən aşağı göstəricisi səviyyəsində olub.

Milli.Az APA-ya istinadən bildirir ki, dekabr ayında 2 680 mln. barel səviyyəsində olan qlobal neft ehtiyatlarının həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 355 mln. barel az olub.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.