İqtisadiyyat

Daha 16 müəssisədən alma ixracına icazə verildi

10 Fevral 2022 23:12
0 Şərh     Baxış: 1 480
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pomidor və alma yetişdirən müəssisələrdə aparılan fitosanitar monitorinqlərin nəticələri, məhsullardan götürülmüş nümunələrin laboratoriya sınaq protokolları və monitorinq aktlarının təhlili və AQTA-nın zəmanəti əsasında "Rosselxoznadzor" tərəfindən bu gündən etibarən daha 16 müəssisədən pomidor və alma ixracına icazə verilib.

Bu barədə AQTA məlumat yayıb.

Bununla bu günə qədər Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ümumilikdə 227 pomidor, 77 alma istehsalı müəssisəsindən məhsul ixracına icazə verilib.

Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş 227 pomidor ixracı müəssisəsinin ixrac potensialı 385,460 ton, alma ixracına icazə verilmiş 77 müəssisənin ixrac potensialı isə 186,948 ton  təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.