Ona qarşı “vnimatelni” olmadılar - Yaşar Nurinin fəxri ada həsrət qalan atası - Maraqlı faktlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Kulis.az-a istinadən aktyor Məmmədsadıq Nuriyev haqqında maraqlı faktları təqdim edir.
Nuriyev Məmmədsadıq Qafar oğlu 5 mart 1919-cu ildə Bakının Sovetski adlanan dağüstü məhəlləsində anadan olub. 1928-ci ildə atası onu Bakıda Bədəl bəy Bədəlbəyovun məktəbində qoyur. Orada o dövr üçün orta sayılan tam təhsil alan Məmmədsadıq Nuriyev 1935-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olur. Aktyor sənəti dərsini ona dövrün ən məşhur aktrisalarından biri olan aktrisa Fatma Qədri deyib.
***
Teatr məktəbini 1937-ci ildə bitirib. Xalq Maarif Komissarlığı İncəsənət İşlər İdarəsinin göndərişi ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrına gedib. Səkkiz ilə orada aktyor kimi fəaliyyət göstərəndən sonra Gəncə Dövlət Dram teatrına gedir. 1956-cı ildən isə Azərbaycan Dövlət Musiqili teatrında işləməyə başlayır.

O, həm teatr, həm də kino səhnəsində dramatik və komik rollar ifa edib. Bu rolları eyni ustalıq və məharətlə ifa etdiyi üçün teatr aləmində onu "vücud" ləqəbi ilə çağırırmışlar.
***
Məmmədsadıq Nuriyev Rəfiqə adlı qadınla ailə həyatı qurub. Deyilənlərə görə ailədə həddindən artıq ciddi və tündməcaz adam olub. Onların dörd övladı doğulub.
***
Məmmədsadıq Nuriyev "Yeddi oğul istərəm", "Əhməd haradadır?", "Ulduz", "Sehrli xalat", "Uşaqlığın son gecəsi" kimi filmlərdə müxtəlif səpkili, epizodik rollar ifa edib.

Məmmədsadıq Nuriyev Azərbaycan kino tarixində bir sözü ilə yadda qalan yeganə aktyordu. Onun "Uşaqlığın son gecəsi" filmində ifa etdiyi Davud obrazının dilindən dediyi iş sosiska da deyil, adam gərək "vnimatelni" olsun sözlər bu günə qədər də insanlar tərəfindən xatırlanır.
***
Aktyor Xalq artisti Yaşar Nurinin atası olub. Yaşar Nurinin teatr və kino sənətinə gəlişində atasının çox böyük rolu olub. Belə ki, aktyor uşaq yaşından oğlunu özü ilə teatra, çəkiliş meydançasına aparırmış. Həmçinin Yaşar Nuri tamaşalarda uşaq rollarında iştirak edirmiş. Dramaturq Məhərrəm Əlizadənin "Toy kimindir?" musiqili komediya tamaşasında məktəbli ikən Qoşunun oğlu Tapdıq rolunda səhnəyə çıxıb.

Yaşar Nuri müsahibələrinin birində bu haqda deyir: "Atamla keçmiş "26-lar bağı"nda Ordubadi adına yay teatrına getmişdik. Oturub aktyorların məşqinə baxırdım. "Toy kimindir?" operettasında Qoşunun oğlunu oynayan aktyor xəstələnmişdi. Teatrın aktyoru Şünasi atamın razılığını aldıqdan sonra məni səhnəyə çağırdı. Diqqətlə baxdıqdan sonra sevincək dedi: "Vücud, bu, hazır aktyordur, mən ölüm...". Şünasi masanın arxasına keçib atamın bazarlıq edib yanına qoyduğu kağız torbanın üstünə oynayacağım rolun sözlərini yazdı. Qoşa Qala qapısından evə gələnədək rolumu əzbərlədim. Axşam yenə teatra getdim və deyilənlərə görə, rolu pis oynamadım. Çox keçməmiş, "Hacı Qara"da Hacı Qaranın oğlu Bədəl rolunu mənə verdilər".
***
Heç bir fəxri ad ala bilməyən aktyor 1975-ci il martın 25-də əlli altı yaşında dünyasını dəyişir.
***
Oğlu Yaşar Nuri 1982-ci ildə əməkdar artist adını alır. Ona çıxış üçün söz verilir. Çıxış edən Yaşar Nuri sonda deyir: "Yazıq atam neçə il səhnədə külüng vurdu, bir quru ada da həsrət qaldı".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Türk xalqlarının təsviri sənətində qlobal və lokal diskurslar” adlı beynəlxalq elmi dəyirmi masa - FOTO
-
6 ölkədən 1100-dən çox iştirakçı - Bakıda beynəlxalq sənət festivalı
-
Cenevrədə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb - FOTO
-
Türkiyə–Azərbaycan Kulinariya Forumu Bakıda keçirilib - FOTO
-
Muğam Mərkəzində dünya şöhrətli Dmitri Şostakoviçin 120 illiyinə həsr olunmuş musiqi axşamı keçirilib - FOTO
-
Ədalət Şükürov “Bir Yaz Axşamı” yubiley konserti ilə səhnəyə çıxacaq
XƏBƏR LENTİ
-
Əvvəllər utancverici sayılan, lakin bu gün sağlam qəbul edilən 10 davranış
-
Baş ağrısı və nəfəs darlığı yaşayırsınızsa, diqqətli olun!
-
Telefonlar yuxu keyfiyyətini necə pozur?
-
Diş əti xəstəliyi "Alzheimer" riskini artıra bilər
-
“Ad günün mübarək, oğul!” - Xalq artistinin kövrək anları
-
Azərbaycan elminə ağır itki - FOTO
-
Akif İslamzadədən üzücü xəbər - Xəstəxanadadır
-
Bolliwood aktrisası yeməli libasından qonaq etdi
-
DÇ-2026-nın rəsmi himni təqdim olundu: Şakira geri döndü
-
Günün qoroskopu: bu gün sadəcə yaşamırsınız - siz dərk edirsiniz
-
"Real Madrid" Valverde və Çuameni barədə araşdırma başlatdı
-
Doğuş və Xoşqədəm əkizlərinə ad günü etdi - VİDEO
-
Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar - VİDEO
-
Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir - VİDEO
-
Basmati düyüsündəki o "heyvani" qoxunun səbəbi bəlli oldu
-
Nazirlər və deputatlar futbol oynadı - VİDEO
-
“Sevdiğim Sensin”dən ayrılır - FOTO
-
Hüseyn Əsgərli yeni vəzifəyə təyin olundu
-
Ermənistanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb
-
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib - FOTO
-
İlon Mask rekord məbləğdə vergi ödədi
-
“Delikanlı” izləyicilərinə pis xəbər
-
Zelenskidən Rusiyanın atəşkəs təklifinə reaksiya
-
Pezeşkian İranın Ali Lideri ilə görüşüb





