Hadisə

Ağstafada 35 yaşlı kişi bıçaqlanıb

6 Avqust 2026 00:32
Baxış: 199
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayon ərazisində yerləşən mağazalardan birində qeydə alınıb.

1991-ci il təvəllüdlü B. Hüseynov bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Ona ilkin tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, 35 yaşlı kişinin vəziyyəti ağırdır.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ məlum deyil. Faktla bağlı polis araşdırma aparır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.