İdman

"Real Madrid" tarixinin ən bahalı transferi (Foto)

6 Avqust 2026 00:09
Baxış: 231
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Real Madrid" klubu "Leypziq"dən Yan Diomandeni 125 milyon avroya transfer edərək klub tarixinin ən bahalı keçidini reallaşdıracaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Əsas ödəniş kimi nəzərdə tutulan 125 milyon avrodan əlavə, Almaniya klubu 19 yaşlı futbolçu üçün bonuslar şəklində daha 15 milyon avro qazana bilər. Tərəflər arasında razılaşmanın tamamlanması üçün yalnız son rəsmi prosedurların həlli qalıb.

Diomande peşəkar karyerası ərzində cəmi 46 oyun keçirib. O, bir il əvvəl İspaniyanın ikinci divizionunda "Leqanes"in şərəfini qoruyurdu və həmin vaxt transfer dəyəri 600 min avro təşkil edirdi.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.