Cəmiyyət

Paytaxtın daha üç küçəsində təmir işlərinə başlanılır

5 Avqust 2026 22:05
Baxış: 896
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda daha üç yol sahəsində təmir işlərinə başlanılır.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Aparılacaq təmir işləri ilə əlaqədar aşağıdakı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq:

Suraxanı rayonu, 14 İyul küçəsi;
Yasamal rayonu, Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsindən Salatın Əsgərova küçəsinədək olan hissəsi;
Səbail rayonu, Həsən Abdullayev küçəsinin Rostropoviç küçəsindən Yusif bəy İbrahimli küçəsinədək olan hissəsi.

Qeyd olunub ki, həmin küçələrdə hərəkət avqustun 6-sı saat 08:00-dan avqustun 7-si saat 22:00-dək qismən, avqustun 7-si saat 23:00-dan avqustun 10-u saat 07:00-dək isə tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.