“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur” - Milevski
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kiyev "Dinamo"sunun sabiq hücumçusu Artyom Milevski UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək oyunlar barədə fikirlərini bölüşüb.
Milli.Az xəbər verir ki, 41 yaşlı futbol adamı ölkəsinin sport.ua saytına müsahibəsində "Dinamo"nun hazırkı oyunundan narazılığını bildirib.
"Dinamo" artıq avrokuboklarda 4 oyun keçirib. Doğrusu,mən heç bir fərq görmürəm. Ponomarenko (hücumçu Matvey Ponomarenko - red.) öz aləmindədir, komanda da öz aləmində. Belə olmaz. Bütün problemlər də buradan başlayır. Hücum etmirsənsə, oyuna da nəzarət edə bilmirsən. Daim müdafiə olunur, daim əziyyət çəkirsən.
İstər "Universitatya", istərsə də PAOK-la oyun olsun, eyni mənzərədir. Heç nə dəyişmir. Mən futbolçuların istəmədiyini demirəm. Düşünürəm ki, çalışırlar. Amma meydanda bunu görmək olmur", - deyə Milevski bildirib.
Ukrayna millisinin sabiq oyunçusu "Qarabağ"ı PAOK-dan güclü hesab etmədiyini də vurğulayıb:
"Qarabağ"ın PAOK-dan güclü komanda olduğunu deməzdim. Təcrübələri var, buna söz yoxdur. Amma şişirtməyə də ehtiyac yoxdur. Bolqarıstanın SSKA klubu ilə iki oyunda bir qol da vura bilmədilər və penaltilər seriyasından sonra mübarizəni dayandırdılar. Bu da nəyisə göstərir".
Milevski əsas diqqətinin "Dinamo"nun oyununa yönəldiyini deyib:
"Mənə artıq 'Qarabağ'dan çox "Dinamo"nun necə oynayacağı maraqlıdır. Nəhayət, necə oynamaq istədiyini bilən normal "Dinamo" görmək istəyirəm. Hücum xətti özünü göstərməlidir, müdafiə də daha diqqətli olmalıdır. Ümid edirəm ki, futbolçular özləri üçün motivasiya tapacaqlar".
Qeyd edək ki, "Dinamo" ilə "Qarabağ" arasında ilk matçı avqustun 6-da Polşada, cavab oyunu avqustun 13-də keçiriləcək. (qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur” - Milevski
-
Azərbaycan futbolunda iki klubun adı dəyişdirildi
-
“Sumqayıt” braziliyalı yarımmüdafiəçini transfer etdi
-
“Qızıl top” uğrunda mübarizə qızışır - İlk onluq açıqlandı
-
Qurban Qurbanov: “İstədiyimiz futbolçuları komandaya dəvət edə biləcəyik”
-
Sepp Blatter FIFA prezidentliyi üçün namizəd açıqladı
XƏBƏR LENTİ
-
"Bakı Metropoliteni": "Həzi Aslanov" stansiyasının dalanı noyabrın əvvəlinə tam hazır olacaq
-
Ceki Çan İçərişəhərdə (Video)
-
Bakıda ticarət mərkəzində faciə: liftin şaxtasına düşüb öldü
-
Bəxtiyar Məmmədov: "Bakı metrosunda qatarların hərəkət intervalı 2 dəqiqəyə endiriləcək"
-
"Paltarımı nə hədiyyə edirəm, nə də satıram" - Aygün Kazımova ilə müsahibə
-
“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur” - Milevski
-
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək
-
Mərkəzi Bank “Modenis”in lisenziyasını ləğv etdi
-
Azərbaycan futbolunda iki klubun adı dəyişdirildi
-
İspaniyanın Seuta şəhərində miqrant böhranı: 6000 sənədsiz şəxs var
-
Abbas Arakçı Pakistana səfər edəcək
-
“Nəriman Nərimanov” metrosu ətrafında dəyişiklik - Sərnişinlərə xəbərdarlıq
-
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək
-
"Pilgrim" şirkəti vədini yerinə yetirməyib? - DİN araşdırır
-
"Kapital Bank"ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
-
Şirvan kanalında problem həll edildi - Su təminatı bərpa olunur
-
Xəzərdə torla balıq tutan şəxs yaxalandı
-
Bakıda unudulan küçələr: Taksi belə girmir
-
Nigar Fərhadın əri həbs edildi
-
Kiyevdə matəm elan edildi
-
Ana südü neçə yaşa qədər verilməlidir?
-
Azərbaycanda məşhur şadlıq sarayı satışa çıxarıldı - 3,5 milyona
-
Ana südü ilə qidalanan körpəyə su vermək lazımdır? - Pediatr cavabladı
-
Sabah Bakıda və bölgələrdə güclü külək əsəcək





