Sinələr güllə-güllə,
Qan axır, dönür gülə.
Qərənfillər ağlayır,
Düşmənə gülə-gülə.
Ağla, qərənfil, ağla!
Qərənfillər qoşadı,
İkisi baş-başadı.
Sizdən qalan günləri
Qərənfillər yaşadı.
Ağla, qərənfil, ağla!
Qərənfil - şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!
Cavanlara qıydılar,
Tanklar altda qoydular.
Qanın içib doydular,
Ağla, qərənfil, ağla!
Hər şəhidə bir düzüm,
Abşeron - qan dənizim.
Sən - mənim ağlar gözüm,
Ağla, qərənfil, ağla!
Uzaq mənzil, acı yol,
Yoldu, yol, əlacı yol!
Şəhidlərə bacı ol;
Ağla, qərənfil, ağla!
Kərbəla - qan çöllərə,
Puç olan qönçələrə,
Nazənin incilərə
Ağla, qərənfil, ağla!
Bəxti asılan qıza,
Hünəri aslan qıza,
Toyu yas olan qıza
Ağla, qərənfil, ağla!
Ağla, ürək boşalsın,
Ünün göyə baş alsın.
Ağla, dağlar yumşalsın,
Ağla, qərənfil, ağla!
Bu təklənmiş şirlərə,
Bu arxasız ərlərə,
Bu talesiz nərlərə
Ağla, qərənfil, ağla!
Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara
Ağla, qərənfil, ağla!
Bu bədənsiz qollara,
Bu uçunan yollara,
Bu yiyəsiz qullara
Ağla, qərənfil, ağla!
Bu səngiməz ağrıya,
Bu qan sızan sarğıya,
Bu Allahsız qurğuya
Ağla, qərənfil, ağla!
Bu qara yazılara,
Bu körpə quzulara,
Quruyan arzulara
Ağla, qərənfil, ağla!
Xeyrə şər üstün gəldi,
İniltili ün gəldi...
Ağlamalı gün gəldi,
Ağla, qərənfil, ağla!
Məmməd Aslan
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ağla, qərənfil, ağla
20 Yanvar 2012 09:39
Baxış: 228 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Dünya şöhrətli tenor, Xalq artisti Yusif Eyvazov ilk dəfə Azərbaycanda "Aida" operasında çıxış edəcək - VİDEO
-
Xalq artisti Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd edilib - FOTO
-
“Musiqi terapiyası: Səsin toxunuşu” adlı konsert baş tutdu - FOTO
-
Yeni il sehri Milli Auditoriyaya gəlir: “Şelkunçik” baleti səhnədə - FOTO
-
“İrəvanda xal qalmadı” adlı bədii-sənədli kitab hazırlanır
-
Ramil Qasımov əfsanəvi Polad Bülbüloğlunun “Azərbaycan” mahnısını yeni üslubda ifa edib – VİDEO
XƏBƏR LENTİ
-
Telefon qablarından istifadəni dayandırın - Mütəxəssis açıqladı
-
Kondisioner yaşlılarda ölüm riskini azaldır – Yeni araşdırma
-
Hədiyyə bəhanəsi ilə oğurluq: Goranboyda 81 yaşlı kişini aldadıblar
-
Türkiyədə tanınmış televiziya aparıcısı həbs edildi
-
"Qadınların 60%-i həyatında ən azı 1 dəfə bu problemlə üzləşir" - Uroloq
-
BMT Baş katibi Maduroya zəng vurdu
-
Toyu ilə dünyaya səs salan hindistanlı bu dəfə qonağı ilə gündəm oldu - FOTO
-
PSJ Qitələrarası Kubokun qalibi olub
-
Rusiya və ABŞ rəsmiləri həftəsonu görşə bilər
-
Aysun özünə yeni ev aldı - VİDEO
-
Meyiti tapılan Müşfiq vaxtsız ölən əmisinin adını daşıyırmış - FOTO
-
Süni intellektlə "Şaban"ın çəkiliş meydançasına qaytardılar - təsirli VİDEO
-
Ağdamda kənd sakini minaya düşdü - YENİLƏNİB
-
Günün qoroskopu: Sizi sevindirəcək xəbər ala bilərsiniz
-
Alimlər cəhənnəmi tapdılar - FOTO
-
“Evimdə çörək kəsiblər, amma...” – Rəqsanə məşhurlara səsləndi
-
ABŞ bu gecə müharibəyə başlaya bilər
-
Acun Ilıcalının diqqətdən qaçırdığı detal ona problem yarada bilər
-
Müğənni Güllünün sərvət açıqlandı
-
Uzun ömür yaşamaq istəyirsinizsə, yatın...
-
Partiya sədrinin nəvəsinin ölüm səbəbi bilindi - YENİLƏNİB
-
Azərbaycanlı aktrisanın hamam xalatında FOTOları yayıldı
-
DİN şagirdlərə satılan məhsulu araşdırır
-
Bizi yavaş-yavaş öldürən 3 qida





