Mədəniyyət

"Karantindir deyib, oturduq, bir də ayılıb görəcəyik ki, nə teatr, nə sənət var"

2 Fevral 2021 14:02
Baxış: 1 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Sənubər İsgəndərli teatrların bir ilə yaxındır bağlı qalmasından şikayətlənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa bu haqda sosial şəbəkədə yazıb. O bildirib ki, işsizlikdən təngə gəlib:

"Martda 1 il olacaq ki, ölkəmizdə bütün teatrlar bağlıdır. Pandemiyadır, karantindir deyib, oturduq. Amma heç bir ölkədə teatrların qapısı bu qədər bağlı qalmadı. Hər yerdə mümkün variantlardan istifadə olundu ki, teatr sənəti yaşasın. Biz isə hələ oturmuşuq. Bir də ayılıb görəcəyik ki, nə teatr, nə sənət var.

Şəxsən mənim səbrim artıq tükənib, ömrümüzdən gedir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.