Mədəniyyət

Xalq artistinin Şuşadakı evinin görüntüləri yayılıb - VİDEO

11 Dekabr 2020 12:59
Baxış: 4 001
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzi Xalq artisti, Dövlət mükafatı laureatı, dirijor, tanınmış pedaqoq, ictimai xadim, professor Süleyman Ələsgərova həsr olunmuş videoçarxı nümayiş etdirib.

Bəstəkarın Şuşadakı evinin videogörüntüləri, həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət videoçarxda sənətkar ömrünə səyahət etmiş oluruq. Süleyman  Ələsgərov musiqimizdə özünəməxsus fəxri yer tutan bəstəkarlardan biridir. Onun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq bir səhifəsidir. Bəstəkarın zəngin musiqi  irsi Azərbaycan professional musiqisinin bir çox janrlarını əhatə edir. Bəstəkar 2 operanın ("Bahadur və Sona" və "Solğun çiçəklər"), 12 musiqili komediyanın, 2 simfoniyanın ("Gənclik" və "Vətən), "Bayatı-Şiraz" simfonik muğamının, violonçel, fortepiano və simfonik orkestr üçün "Ikili konsert"in, simfonik orkestr üçün "Uvertüralar"ın, 2 simfonik poemanın, 6 kantatanın, bir sıra kamera-instrumental əsərlərin, tar ilə Azərbaycan xalq çalğı alətləri orkestri üçün 3 konsertin, xor üçün, xalq çalğı alətləri orkestri üçün bəstələnmiş rəngarəng janrlı əsərlərin, 200-ə qədər mahnı və romansların müəllifidir.

O, daima çalışmışdır ki, qədim və zəngin bir tarixə malik olan xalq musiqimizin ən gözəl ənənələrini öz yaradıcılığında əks etdirsin. Bəstəkarın xatirəsi musiqisevərlərin qəlbində əbədi yaşayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.