Mədəniyyət

Alman faşistləri tərəfindən yandırılan tarixi məkan - VİDEO - FOTO

8 Dekabr 2020 18:22
Baxış: 1 460
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Poltava Diyarşünaslıq Muzeyi, 1898-1892-ci illərdə Poltava vilayətinin torpaqları üzərində tədqiqat aparan məşhur Peterburq alimi, torpaqşünaslıq professoru Vasili Kriçevskinin təşəbbüsü ilə 1891-ci ildə qurulub. Hazırda bu muzey onun adını daşıyır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, muzeyin ilk eksponatları Poltava quberniyası ərazisində toplanan 4000-dən çox torpaq nümunəsi və 500-dən çox eksponatdan ibarət geoloji kolleksiya idi. O dövrlərdə həm məşhur insanlar, həm də Poltava bölgəsinin sadə sakinləri yerli tarix muzeyinin fondlarına eksponatlar bağışlayırdılar. Xüsusilə Poltava sakini, çar ordusunun polkovniki Pavel Bobrovski Yaxın Şərq, Asiya və Afrika ölkələrinə səyahətləri zamanı topladığı eksponatları muzeyə hədiyyə edib.

Bina Poltava bölgəsində Ukrayna memarlıq üslubunun ilk nümunəsidir.

Böyük Vətən müharibəsi illərində əksər eksponatlar talan edilib, muzeyin binası yandırılıb. Müharibədən sonra 118 min eksponatdan yalnız 37 mini qaldı. 1950-ci illərdə bina yenidən memarlar P.Kostrik, V.Kraçmer, N.Kvitka və başqalarının layihələrinə əsasən inşa edilib.

Ümumilikdə muzeyin 300.000-dən çox eksponatı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.