“Torpaqlarımız işğal edildikdə 35 yaşım var idi, indi 65…” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Düşüncələrim və qəlbimdə olan bu skeleti nə vaxtsa belə tezliklə dilimə gətirəcəyim, bu barədə danışacağım heç vaxt ağlıma gəlməzdi. Neçə illərdir ki, hər gecə yuxu görürəm. Bir qayanın panoraması arasında yolun açıldığını görürəm. Bu yol isə sadəcə bir nəfər üçündür. Yəni, iki nəfər görüşərsə, mütləq onlardan biri yol verməlidir. Ya geri qayıtmalıdır, ya da ... Yuxum bu "ya da"ya yer saxlamırdı. Orada həm də bəzi mağaralar var idi, iki-üç mağara ... Çox düşündüm ki, bu nədir, yaddaşımda nə gəzir? Şüuraltımda haradan qalıb? Bu, mənim uşaqlığımdır.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xankəndidə anadan olmuş Xalq artisti Fəxrəddin Manafov "Nargis" jurnalının "Qarabağımız" adlı video rubrikasının qonağı olarkən deyib.
Məşhur aktyor layihədə uşaqlıq xatirələrini bölüşüb: "Uşaqlıqda Cıdır düzünün kənarında oturub bu panoramanı izlədiyimi xatırladım. Çünki bu yaxınlarda Azərbaycan Televiziyasında çoxdan unudulmuş bir filmi izlədim. Filmin adı "Şuşa" idi. Filmdə artıq bizim olacaq torpaqlara retrospektiv baxış keçirildi. Bu panoramanı orada görən zaman anladım ki, bu, mənim uşaqlıq şüuraltımdır, məni o itələyir. Sadəcə demək istəyirəm ki, bu unudulmur. Bu, bizim yaddaşımız, qanımız, tariximiz, torpaqlarımızdır. Bu, məni sarsıtdı, sarsıtdı ki, axırıncı dəfə orada 50-55 il əvvəl olmuşam. Bu torpaqlar üçüncü, bəlkə də dördüncü ölkənin köməyi ilə işğal edildikdə 35 yaşım var idi. Bu gün isə 65-dir. Təsəvvür edə bilməzsiz, müharibənin bu qədər məni sevindirəcəyini... Sevindirici haldır, tarixi torpaqlarımızı geri qaytarırıq.
Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. Mən xalqımızla, Ordumuzla, böyük liderimiz, Ali Baş Komandanımızla fəxr edirəm. Hamımız tərəfindən, bütün Azərbaycan xalqı tərəfindən sevilən heyrətamiz vitse-prezidentimiz Mehriban xanım ilə fəxr edirəm.
Cənab Prezident, siz çox böyük iş görürsünüz. Siz faktiki olaraq bizim xəyal etdiyimiz torpaqları geri qaytarırsınız. Siz tarix yazırsınız. Azərbaycan Ordusunun əsgərləri, siz çox böyük bir tarix yazırsınız. Sizinlə fəxr edirəm. Qələbə bizimdir! Çünki biz haqq yolundayıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
XƏBƏR LENTİ
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər





