Mədəniyyət

Koronavirusa yoluxan əməkdar artist evə buraxıldı - FOTO

8 İyun 2020 13:45
0 Şərh     Baxış: 3 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa yoluxan Azərbaycan teatr və kino aktyoru, əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyev xəstəxanadan evə buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə aktyorun özü sosial şəbəkə hesabında məlumat verib:

"Dəyərli dostlar! Bu gün xəstəxanadan evə buraxıldım. Göydə Allahın, yerdə Sizlərin duaları və Çox dəyərli həkimlərin yardımı ilə bu bəladan xilas oldum... Başda Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasının həkimi İntizar xanım Məmmədova olmaqla bütün tibb bacılarına və mənim üçün narahatlığınıza görə Sizlərə dərin təşəkkürümü bildirirəm... Allah hamınızdan razı olsun". (ölkə.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.