Mədəniyyət

Beyin əməliyyatı keçirən aktrisa Azərbaycana gələ bilmir

3 İyun 2020 18:48
0 Şərh     Baxış: 2 787
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış aktrisa Naibə Əlibəyova Azərbaycana qayıda bilmir.

Milli.Az olke.az-a istinadən xəbər verir ki, aktrisanın sözlərinə görə, həkim müayinəsindən keçmək üçün Türkiyəyə getsə də, sərhədlər bağlandığı üçün Azərbaycana qayıda bilmir:

"Bir neçə ay əvvəl Türkiyəyə müayinə üçün gəlmişəm. Məlum olduğu kimi bir müddət əvvəl beyin əməliyyatı keçirmişəm. İldə iki dəfə də müayinə üçün mütləq Türkiyəyə getməliyəm. Artıq dördüncü aydır ki, buradayam. Koronavirusla əlaqədar olaraq vətənə qayıda bilmirəm. Çarter reyslər təşkil olunsa da, işlərimlə əlaqədar olaraq ölkəyə qayıtmağım mümkün olmadı".

Qeyd edək ki, daha çox "Bəyin oğurlanması" filmindəki epizodik rolla yadda qalan Naibə Əlibəyova xərçəngdən əziyyət çəkir və əməliyyat olunduğuna görə sənətdən uzaqlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.