Mədəniyyət

Muğam Mərkəzində Xocalı faciəsinin qurbanlarına həsr olunmuş “Söz” ədəbi layihəsi keçiriləcək

21 Fevral 2020 14:25
Baxış: 3 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək "Söz" ədəbi layihəsi növbəti tədbiri "Xocalı soyqımı"nın şəhidlərinə həsr olunacaq.

25 fevral saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində reallaşacaq gecədə "Unutmadıq!" adlı bədii proqram təqdim olunacaq. Gecədə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş şeir müsabiqəsinin finalçılarının ifaları və xalq musiqilərindən parçalar səsləndiriləcək.

"Xocalıya ədalət!" "Xalqın gücü birliyində və yaddaşındadır!" şüarı ilə baş tutacaq tədbirə giriş sərbəstdir.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan, gənc istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə həyata keçirilən layihənin rəhbəri şairə Nigar Həsənzadədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.