Mədəniyyət

“Adamı qanmaz yerinə qoymayın” - Rejissorları tənqid etdi

21 Fevral 2020 12:35
1 Şərh     Baxış: 4 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Film kastinqi keçirirlər, büdcədən pul ayrılır. Özü də peşəkar yerdə - ən azından adı peşəkardır. Amma aktyorların, aktrisaların xəbəri olmur. Kim seçir, necə seçir bilinmir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri "Ata ocağı" serialının aktrisası Zülfiyyə Qurbanova sosial media hesabında yazıb.

O, rejissorların filmlərinə dost-tanışlarını çəkdiyini, peşəkar sənətçilərə çox az yer verdiyini qeyd edib:

"Sən çağır alınmasın, rola uyğun olmasın, qabiliyyəti qane etməsin, amma çağır. Deyirəm ki, özfəaliyyətə çevirmisiniz. Sonra da deyirlər ki, niyə filan yerdə - bazada şəklin yoxdur? Şərait yaradırsınız ki, şəklimiz olsun? Adam istəyir ki, danışmasın, ancaq alınmır. Çevrəmdəki adamlar da qəribədirlər: Kömək lazım olanda, işlərinin dəyərini qaldırmaq, rolun yükünü ancaq istedadlı, peşəkar aktrisanın daşıyacağı iş olanda dil tökürlər ki, ay istedadlısan, filan işdə "dağıtmısan". "Yedirtmək" lazım olanda başqalarını çağırırlar. Haşiyəyə çıxaraq qeyd edim ki, hər zaman işim var: filmim, serialım. Hər zaman olacaq da. Lakin adamı qanmaz yerinə qoymayın. Heç kim "ağıllı" məsləhət verməsin ki, niyə yazmısan. Sözü hara və niyə yazdığımı əla bilirəm. Çoxdandır yazmırdım, elə bilməyin ki, görmürəm".

Qeyd edək ki, bir neçə gün öncə aktyor Fərhad Səmimi də serial sektorunda çalışan sənətçiləri tənqid etmişdi.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.