Opera və Balet Teatrında "Eşq və Ölüm" baletinin tamaşası keçiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq Artisti, professor, diplomat, görkəmli ictimai xadim Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə bəstəkarın "Eşq və Ölüm" baletinin tamaşası keçiriləcək.
İlk dəfə bu balet Azərbaycan Dövlət Opera və Balet Teatrında 2005-ci ildə Vyana Balet akademiyasının professoru Vakil Usmanov tərəfindən səhnəyə qoyulmuşdur. "Kitabi Dədə Qorqud" eposunun motivləri əsasında qələmə alınan balet əbədi məhəbbəti tərənnüm edir, qəhrəmanların şücaət və igidliyi qarşısında ölümün gücsüz olduğunu nümayiş etdirir. Bakıda çox böyük uğurla baş tutan premyera tamaşasından sonra balet elə həmin ildə Moskvada - Rusiya Akademik Böyük Teatrı və Sankt-Peterburqun Mariinski adına Teatrının səhnəsində nümayiş olunmuşdu.
2015-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında rusiyalı xoreoqraf Nadejda Malıgina "Eşq və Ölüm" baletini yeni quruluşda səhnəyə qoymuşdu. Bu quruluş Polad Bülbüloğlunun 70 illik yubileyi günlərində nümayiş olunmuşdu. Fevralın 6-da tamaşaçılar məhz N.Malıginanın quruluşunu izləyəcəklər. Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.
Balet tamaşasında əsas partiyaları Əməkdar artistlər Cəmilə Kərimova (Baycan), Makar Ferştandt (Yalıncıq), Samir Səmədov (Məlik xan), Xalq artisti Gülağası Mirzəyev (Qazan xan), solistlər Timur Oduşev (Azər), Ayan Eyvazova (Ölüm) və b. ifa edəcəklər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı





