İlk dəfə! Gülnarə Xəlilovanın kəlağayıdan ibarət “İpək Sərvət” geyim kolleksiyasının möhtəşəm təqdimatı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda Beynəlxalq Muğam Mərkəzində ilk dəfə olaraq tanınmış dizayner-modelyer Gülnarə Xəlilovanın kəlağayıdan təşkil edilmiş "İpək Sərvət" üst geyim eksklüziv kolleksiyasının təqdimatı baş tutub.
Milli.Az xəbər verir ki, layihə "Azerbaijan Kelagayi" milli brendi ilə birlikdə həyata keçirilib və 26 noyabr 2014-cü il tarixli əlamətdar hadisəyə həsr olunub. Belə ki, ənənəvi sənət və rəmz olan kəlağayı, onun hazırlanması və geyinilməsi beş il əvvəl Azərbaycan tərəfindən YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Təqdimat qonaqlar, ictimai xadimlər, mədəniyyət və elm, habelə dəb sənayesi və KİV nümayəndələri arasında böyük maraq doğurub.
Moda Evi və Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova və "Azerbaijan Kelagayi"nın qurucusu, "İçərişəhər" Muzey Mərkəzinin direktoru, əməkdar mədəniyyət işçisi Əminə Məlikova gecənin açılışında qonaqları salamlayıblar və qeyd ediblər ki, dövlət milli irsin qorunması və təbliğatına xüsusi diqqət və qayğı göstərir, layihə də bu məqsədə xidmət edir.
Kəlağayı Azərbaycanın milli qadın baş örtüyüdür. O, yerli istehsal olan bükülməmiş saplardan hazırlanan ipək şaldır və ənənəvi üsulla üzərinə mum vasitəsilə basma naxışlar vurulur. Qeyd edilib ki, kəlağayı əsrlər boyu Azərbaycan qadınının həyatının ayrılmaz tərkib hissəsi olub və hazırda onun ölkədə geyinilməsi əsl trendə çevrilib. Hələ 5-6-cı əsrlərdə Mingəçevirdə qızıl tikişli izləri olan ipək yaylıqlar- kəlağayının prototipini geyiniblər. Azərbaycan XVII əsrdə Yaxın Şərqin ipək qurdu bölgəsi olub, Şamaxı, Gəncə, Şəki və Şuşa ən mühüm mərkəzlər sayılıb. İtalyan səyahətçi Marko Polo hələ 13-cü əsrdə Azərbaycanda ipək yaylıqların gözəlliyini vurğulayıb. Psixologiya üzrə fəlsəfə doktoru Rəna İbrahimbəyovanın rolu qeyd olunub, onun sayəsində kəlağayı sənəti on illərlə öncə Basqalda dirçəlib və hazırda ənənəvi istehsalın mərkəzidir.
Yeri gəlmişkən bir çox qonaq tədbirə məhz kəlağayıda gəlmişdi. Üstəlik dəfilədə modellər qismində media simaları və ulduzlar - xalq artisti, müğənni və bəstəkar Tünzalə Ağayeva, əməkdar mədəniyyət işçisi, teleaparıcı Leyla Quliyeva, teleaparıcılar Vüsalə Səid, Pərvin Əsgərli, Samirə Rəhimova, Turanə Hüseynli, tele-radioaparıcı Nurlana Cəfərova, telejurnalist Günay Malikqızı, rəqqasə Fatimə, şairə Nərminə Məmmədzadə, dizaynerlər Vəfa İsazadə və Səbinə Zulalova, stilist-vizajist Səbinə İmanova, rəssam Milena Nəbiyeva, aparıcı Arzu Vaqifqızı, müğənni və aktrisa Dilarə Terequlova, "biznes-ledi" və hüquqşünas Lamiyə Bayramova, həkim Aygün Ay iştirak ediblər. Nümayişi Gülnarə Xəlilovanın özü yekunlaşdırıb. Təqdimat tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb və Tünzalə Ağayeva, Samirə Allahverdi, Fatimə Fətəliyeva və xalq artisti, "Şöhrət" ordenli Mənsum İbrahimovun muğam triosunun iştirakı ilə konsert proqramı ilə davam edib. Sonda bayram tortu kəsilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mexikoda Azərbaycan mədəniyyəti təbliğ olunur: Səfir Seymur Fətəliyev və deputat Korina Vilyeqas San-Lasaroda sərgi açdılar
-
Bakının nəbzi cazla döyündü! - 21-ci Baku Jazz Festival İçərişəhərin qəlbində möhtəşəm musiqi bayramı ilə başa çatdı - (Foto)
-
Görkəmli sənətkar Rafael Dadaşovun 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib - (Foto)
-
Dünya ulduzları Bakıda keçiriləcək möhtəşəm beynəlxalq tədbir – Azerbaijan Dance Festival haqqında - (Video/Foto)
-
Qara Qarayevin “Yeddi Gözəl” baleti növbəti dəfə tamaşaçılara təqdim olundu - (Foto)
-
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası yeni layihəyə start verir
XƏBƏR LENTİ
-
Fərqli markaların batareyalarını birlikdə istifadə etmək olar?
-
Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları
-
Heyva mürəbbəsinə əlavə edilən 4 aromatik ədviyyat
-
"Tupak Şakurun qətlini təşkil edən şəxs ömürlük həbsə məhkum edilib" - (Foto)
-
Tualet kağızını unitaza atanlar diqqətlə oxusunlar
-
Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla qətlə yetirilib - Təfərrüat
-
Trampdan Husi hücumlarına sərt reaksiya: "Seçkilərdən sonra da buradayam və bunu unutmayacağam"
-
Günün qoroskopu: İstədiklərinizi əldə etmək üçün addımlar atın
-
Alyona Əliyeva “44” filminin təqdimatından görüntülər paylaşıb - (Foto)
-
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
-
Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi - (Foto/Video)
-
Dambrauskas: "Rəqibin hansı zonalarda boşluq verdiyini bilirdik"
-
Albaniya 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
-
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
-
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - (Foto)
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib - (Video)
-
Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp
-
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
-
Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyini artırır – Mikayıl Cabbarov
-
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
-
İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya
-
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
-
"Arsenal" Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəyəcək





