Fərqli markaların batareyalarını birlikdə istifadə etmək olar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Pultun və ya başqa cihazın batareyalarını dəyişərkən əlimizə keçən ilk batareyaları taxırıq. Lakin ölçülərinin və gərginliklərinin eyni olması fərqli markaların batareyalarını birlikdə işlətməyin təhlükəsiz olduğu demək deyil.
Milli.Az xəbər verir ki, istehsalçıdan asılı olaraq batareyaların daxili müqaviməti və boşalma xüsusiyyətləri fərqlənə bilər. Buna görə onlar eyni cihazda işlədikdə enerjiləri bərabər tükənmir.
"Duracell" fərqli markaların batareyalarını qarışdırmamağı tövsiyə edir. Belə istifadə elektrolit sızmasına səbəb ola bilər. Sızan maddə batareya yuvasında və cihazın daxili hissələrində korroziya yaradaraq elektronikanı sıradan çıxara bilər.
Batareyaların qeyri-bərabər boşalması cihazın işində problemlərə, istifadə müddətinin azalmasına və bəzi hallarda həddindən artıq qızmaya da gətirib çıxara bilər.
Köhnə və yeni batareyaları da qarışdırmayın
İşlənmiş batareyanı yenisi ilə birlikdə istifadə etmək də məsləhət deyil. Köhnə batareyanın enerjisi daha tez tükənir, yenisi isə enerji verməyə davam edir. Yaranan uyğunsuzluq sızma və zədələnmə riskini artırır.
"Duracell" cihazdakı bütün batareyaları eyni vaxtda dəyişməyi tövsiyə edir. "Energizer" də köhnə və yeni batareyaların birlikdə istifadəsinin sızmaya, batareyanın gövdəsinin yarılmasına və cihazın zədələnməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir.
Eyni qayda müxtəlif tipli batareyalara da aiddir. Məsələn, cihazın təlimatında ayrıca nəzərdə tutulmayıbsa, qələvi və litium batareyaları birlikdə istifadə etmək olmaz.
Ən uyğun seçim cihazın tələblərinə cavab verən, eyni marka və tipdən olan yeni batareyaları tam dəst şəklində taxmaqdır. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Fərqli markaların batareyalarını birlikdə istifadə etmək olar?
-
Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları
-
Heyva mürəbbəsinə əlavə edilən 4 aromatik ədviyyat
-
Tualet kağızını unitaza atanlar diqqətlə oxusunlar
-
Günün qoroskopu: İstədiklərinizi əldə etmək üçün addımlar atın
-
Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi - (Foto/Video)
XƏBƏR LENTİ
-
Fərqli markaların batareyalarını birlikdə istifadə etmək olar?
-
Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları
-
Heyva mürəbbəsinə əlavə edilən 4 aromatik ədviyyat
-
"Tupak Şakurun qətlini təşkil edən şəxs ömürlük həbsə məhkum edilib" - (Foto)
-
Tualet kağızını unitaza atanlar diqqətlə oxusunlar
-
Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla qətlə yetirilib - Təfərrüat
-
Trampdan Husi hücumlarına sərt reaksiya: "Seçkilərdən sonra da buradayam və bunu unutmayacağam"
-
Günün qoroskopu: İstədiklərinizi əldə etmək üçün addımlar atın
-
Alyona Əliyeva “44” filminin təqdimatından görüntülər paylaşıb - (Foto)
-
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
-
Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi - (Foto/Video)
-
Dambrauskas: "Rəqibin hansı zonalarda boşluq verdiyini bilirdik"
-
Albaniya 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
-
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
-
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - (Foto)
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib - (Video)
-
Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp
-
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
-
Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyini artırır – Mikayıl Cabbarov
-
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
-
İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya
-
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
-
"Arsenal" Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəyəcək





