Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yumurtanı yalnız soyuducuda deyil, dondurucu kamerada da saxlamaq olar. Düzgün dondurulduqda yumurta bir neçə ay ərzində müxtəlif yeməklərin hazırlanmasında istifadə edilə bilər. Lakin yumurtanı qabıqlı halda dondurucuya qoymaq olmaz. Çünki donma zamanı içərisindəki maye genişlənir və nəticədə qabıq çatlaya bilər.
Milli.Az yumurtanı bütöv halda, eləcə də ağını və sarısını ayrı-ayrılıqda dondurmağın düzgün üsullarını təqdim edir.
Yumurtanı necə dondurmaq olar?
Dondurmadan əvvəl yumurtanı sındırmaq və qabığından ayırmaq lazımdır. Bundan sonra istifadə məqsədindən asılı olaraq iki üsuldan birini seçmək mümkündür.
Bir yumurtanı ayrıca dondurmaq istəyirsinizsə:
Bunun üçün buz hazırlamaq üçün nəzərdə tutulmuş qəliblərdən istifadə etmək rahatdır.
Hər bölməyə bir yumurta sındırın, qəlibin üzərini örtün və dondurucu kameraya yerləşdirin.
Yumurtalar tam donduqdan sonra onları daha böyük qaba və ya dondurucu üçün nəzərdə tutulmuş xüsusi paketə yığın.
Bu üsulla ehtiyacınız olan sayda yumurtanı götürə, qalanlarını isə dondurucuda saxlaya bilərsiniz.
İki və daha çox yumurtanı dondurmaq istəyirsinizsə:
Lazım olan sayda yumurtanı bir qaba sındırın və ağını sarısı ilə ehtiyatla qarışdırın.
Qarışığı çox güclü çalmaq lazım deyil. Məqsəd yumurtanı köpükləndirmək deyil, sadəcə sarı və ağ hissələrini birləşdirməkdir.
Daha sonra qarışığı uyğun qaba tökərək dondurucuya yerləşdirin.
Yumurtanın ağını necə dondurmaq olar?
Əgər hazırlayacağınız yemək üçün yalnız yumurtanın ağı lazımdırsa, onu sarısından ayıraraq ayrıca dondura bilərsiniz.
Ən sadə üsul yumurta ağlarını buz qəlibinin ayrı-ayrı bölmələrinə tökməkdir.
Bu zaman əlavə duz və ya şəkərdən istifadə etməyə ehtiyac yoxdur.
Digər üsul isə bir neçə yumurtanın ağını hava keçirməyən qaba və ya dondurucu üçün xüsusi paketə yığmaqdır.
Əridildikdən sonra yumurta ağlarından təzə yumurta ağı kimi istifadə etmək mümkündür.
Məsələn, onları çalaraq müxtəlif desertlərin hazırlanmasında istifadə olunan yüngül və köpüklü beze kütləsi əldə etmək olar.
Yumurtanın sarısını necə dondurmaq olar?
Yumurtanın sarısı dondurulmazdan əvvəl xüsusi hazırlıq tələb edir.Çünki aşağı tempraturda onun konsistensiyası dəyişə bilər.
Sarının jeleyəbənzər hala gəlməsinin qarşısını almaq üçün ona az miqdarda duz və ya şəkər əlavə etmək məsləhət görülür.
Bu zaman bütöv yumurta qarışığı üçün nəzərdə tutulan nisbətlərdən istifadə etmək olar.
Hazırlanmış qarışığı buz qəlibinin bölmələrinə paylamaq lazımdır.
Hər bölməyə təxminən bir xörək qaşığı qarışıq tökmək tövsiyə olunur. Bu miqdar təxminən bir yumurtanın sarısına bərabərdir.
Beləliklə, yumurta sarılarını ayrı-ayrı porsiyalar şəklində dondurmaq və sonradan reseptə uyğun miqdarda istifadə etmək mümkündür.
Dondurulmuş yumurtanı necə əritmək lazımdır?
Dondurulmuş yumurtanı əritməyin iki əsas üsulu var.
Birinci üsul yumurtanı dondurucudan çıxarıb soyuducuya yerləşdirmək və gecə ərzində tədricən əriməsini gözləməkdir.
İkinci üsul isə yumurtanı kip bağlanmış paketdə soyuq axar suyun altında əritməkdir.
Dondurulmuş yumurtanı nə qədər saxlamaq olar?
Düzgün hazırlanmış və mənfi 18 dərəcə Selsi və ya daha aşağı temperaturda saxlanılan yumurtaların keyfiyyətini qorumaq üçün onları bir il ərzində istifadə etmək tövsiyə olunur.
Yumurtaları kiçik porsiyalara bölmək, hava keçirməyən qablarda saxlamaq və üzərinə dondurulma tarixini yazmaq daha məqsədəuyğundur.
Əsas qayda isə budur: yumurtanı heç vaxt qabıqlı halda dondurmayın. Onu əvvəlcədən hazırlayın, hansı yeməklərdə istifadə edəcəyinizi müəyyənləşdirin və uyğun porsiyalara ayırın. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları
-
Heyva mürəbbəsinə əlavə edilən 4 aromatik ədviyyat
-
Tualet kağızını unitaza atanlar diqqətlə oxusunlar
-
Günün qoroskopu: İstədiklərinizi əldə etmək üçün addımlar atın
-
Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi - (Foto/Video)
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib - (Video)
XƏBƏR LENTİ
-
Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları
-
Heyva mürəbbəsinə əlavə edilən 4 aromatik ədviyyat
-
"Tupak Şakurun qətlini təşkil edən şəxs ömürlük həbsə məhkum edilib" - (Foto)
-
Tualet kağızını unitaza atanlar diqqətlə oxusunlar
-
Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla qətlə yetirilib - Təfərrüat
-
Trampdan Husi hücumlarına sərt reaksiya: "Seçkilərdən sonra da buradayam və bunu unutmayacağam"
-
Günün qoroskopu: İstədiklərinizi əldə etmək üçün addımlar atın
-
Alyona Əliyeva “44” filminin təqdimatından görüntülər paylaşıb - (Foto)
-
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
-
Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi - (Foto/Video)
-
Dambrauskas: "Rəqibin hansı zonalarda boşluq verdiyini bilirdik"
-
Albaniya 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
-
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
-
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - (Foto)
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib - (Video)
-
Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp
-
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
-
Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyini artırır – Mikayıl Cabbarov
-
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
-
İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya
-
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
-
"Arsenal" Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəyəcək
-
Sahibə Qafarova Laos Prezidenti ilə parlamentlərarası əlaqələri müzakirə edib - (Foto)





