Məktəblilər üçün şad xəbər: “Açıq qapı günü” elan edilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
9 oktyabr 1902-ci il tarixində görkəmli fransız arxeoloqu Emil Kartailak ispan həmkarı Marcelino Sanz de Sautuolanın qızı Mariyaya yazdığı məktubda uzun illər elmi ictimaiyyətin 1878-ci ildə onun atası tərəfindən aşkar olunmuş Altamira mağarasındakı qayaüstü təsvirlərin qədimliyinə şübhə ilə yanaşmasının səhv olduğunu etiraf etmişdir.
Milli.Az xəbər verir ki, Avropa Şurası Mədəni Marşrutlar İnstitutunun Prehistoric Rock Art Trails (PRAT-CARP, Qədim Qayaüstü İncəsənət İzləri) Asosiasiyası tərəfindən etiraf məktubunun yazıldığı 9 Oktyabr tarixinin Avropa Qayaüstü İncəsənəti Günü kimi qeyd olunması qərara alınmışdır. 2019-cu ildən başlayaraq Assosiasiyaya üzv olan 161 qayaüstü incəsənət abidəsi tərəfindən Avropa Qayaüstü İncəsənət Günü müxtəlif tədbirlər keçirilməklə qeyd olunacaqdır. PRAT-CARP Assosiasiyasının tamhüquqlu üzvü olaraq Qobustan Milli Tarix-Bədii Qoruğu da Avropa Qayaüstü İncəsənət Gününün təsis olunması hərəkatına qoşulur.
Bu münasibətlə Qobustan Milli Tarix-Bədii Qoruğu 9 Oktyabr 2019-cu il tarixində məktəblilər üçün "Açıq qapı günü" elan edir və məktəbliləri PRAT-CARP təşkilatı tərəfindən elan olunmuş məktəbli uşaqlar arasında "The first Art of Europeans seen by Europeans of the future"("İlk Avropalıların incəsənəti gələcək Avropalıların gözü ilə")adlı ümumavropa rəsm müsabiqəsində iştirak etməyə dəvət edir.
Müsabiqədə iştirak edəcək məktəblilər əvvəlcə Qobustan muzeyi və qayaüstü rəsmləri ilə tanış olacaq, arxeoloq və sənətşünasların qədim qayaüstü təsvirlər və müasir rəssamlıq sənəti haqqında söhbətlərini dinləyəcəklər. Sonda uşaqlar ekskursiya müddətində gördükləri və mütəxəssislərdən eşitdikləri əsasında rəsm əsəri çəkməlidirlər. Müsabiqənin şərtləri aşağıdakı kimidir:
· Müsabiqədə 6-14 yaşlı uşaqlar iştirak edə bilər
· Müsabiqənin mövzusu - "Mənim ən xoşladığım qayaüstü incəsənət abidəsi"
· Müsabiqədə iştirak etmək istəyənlər 9 Oktyabr 2019-cu il tarixində Qobustan Milli Tarix-Bədii Qoruğuna gəlməli və onlara təqdim olunacaq A3 ölçülü blankda öz əl işlərini çəkməlidir
· Rəsmlərin texnikası sərbəstdir, iştirakçıların özləri tərəfindən müəyyən olunur
· Peşəkar rəssamlar tərəfindən seçiləcək işlər ümumavropa müsabiqəsində Qobustan Milli Tarix-Bədii Qoruğunu təmsil etmək üçün göndəriləcək
· Seçilmiş işlər İspaniyada təşkil olunacaq sərgidə və nəşr olunacaq kataloqda öz əksini tapacaq
· Ümumavropa müsabiqəsində yer tutmuş işlərin müəlliflərinə PRAT-CARP təşkilatı tərəfindən mükafatlar veriləcək.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)





