“Azərbaycan milli nəfəs alətlərinin təbliği və tədqiqi” mövzusunda elmi-praktik konfrans - Beynəlxalq Muğam Mərkəzində
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM), AMEA-nın Folklor İnstitutu, Beynəlxalq Muğam Mərkəzi və Milli Konservatoriyanın təşkilatçılığı ilə Milli nəfəs alətləri festivalı keçirilir.
Milli.Az xəbər verir ki, festival Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının layihəsi əsasında gerçəkləşir.
Oktyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində festival çərçivəsində "Azərbaycan milli nəfəs alətlərinin təbliği və tədqiqi" mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransın açılış mərasimində çıxış edən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov qeyd etdi ki, milli musiqi alətləri nümunələrinin UNESCO-nun siyahısına salınması, xarici ölkələrdə keçirilən festival və müsabiqələrdə bu alətlərin ifa edilməsi ümumilikdə dövlətin bu irsə diqqət və qayğısının göstəricisidir. Onu da xüsusi qeyd etməliyik ki, Birinci vitse prezident , Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli musiqi irsimizin tanıdılmasında mühüm xidmətləri var. Fondun təşəbbüsü ilə beynəlxalq səviyyədə həyata keçirilən layihələr musiqimizin inkişafı və təbliği yolunda böyük əhəmiyyətə malikdir.
"Mədəniyyət" kanalının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək bildirdi ki, milli çalğı alətləri musiqi mədəniyyətimizin mühüm göstəricilərindən biridir. Bu günə kimi milli nəfəs alətlərinin tədqiqatı sahəsində mühüm işlər görülüb, musiqi tarixinin qədim və maraqlı səhifələri aşkara çıxarılıb. Bu çalğı alətlərini yaşatmaq, onları insanlara sevdirmək, gələcək nəsillərə çatdırmaq vacibdir. "Mədəniyyət" kanalı milli musiqimizin təbliğatını diqqətdə saxlayır və bu layihə də görülən işlərin davamıdır.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi vurğuladı ki, Azərbaycan musiqi mədəniyyəti çox zəngin tarixə malikdir. Sovet dövründə milli nəfəs alətlərimiz kölgədə qalsa da, bu gün bu sahədə böyük işlər görülür. Konservatoriyada milli nəfəs alətlərinin tədrisi diqqətdə saxlanılır. Hazırda bu sahədə peşəkar ifaçılar yetişir.
MEMİM-in direktoru Asif Usubəliyev festivalın əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, milli nəfəs alətlərinin tədrisi ilə bağlı yeni metodlar müəyyən edilməli, bu alətlərin gənclər arasında populyarlaşdırılmasına nail olunmalıdır. Bu sahənin mənbəşünaslığı ilə məşğul olaraq daha geniş təbliğatına ehtiyac var.
Daha sonra mövzu üzrə məruzələr dinlənildi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Sürəyya Ağayeva "Orta əsr musiqisində milli nəfəs alətlərinin tədqiqi", professor Abbasqulu Nəcəfzadə "Milli nəfəs alətlərinin inkişaf və perspektivləri", AMK-nın baş müəllimi Mahirə Ələkbərqızı "Milli nəfəs alətlərinin ustadları", sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli "Milli nəfəs alətlərində xalq rəqslərimizin ifa xüsusiyyətləri", sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəcəfov "Azərbaycan milli nəfəs alətlərinin ali təhsil ocaqlarında tədrisi" mövzusunda məruzə etdilər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Əminə Rəhimova vəfat etdi
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
XƏBƏR LENTİ
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)





