Firuzə İbadovanın aktrisa bacısı - Məhbəs həyatı yaşamış Rəhilə İbadova - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
20 sentyabr tarixi aktrisa Rəhilə İbadovanın doğum günüdür. Ekranlarda nümayiş etdirilən bir sıra tamaşalardan tanıdığımız aktrisa Rəhilə İbadova Əməkdar artist, tanınmış müğənni Firuzə İbadovanın bacısıdır.
Milli.Az modern.az-a istinadən bildirir ki, Rəhilə İbadova 1951-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1986-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1969-cu ildən həbs olunanadək (37 ildən artıq) Abdulla Şaiq adına Dövlət Kukla Teatrında səhnə ustası və aktrisa işləyib. "Tıq-tıq xanım", "Cırtdan" və bir çox nağılın qəhrəmanlarını oynayıb. Deyilənə görə, hələ də həmin teatrda onun oynadığı rollar heç kimə verilmir. Lider TV-də dublyaj olunan cizgi filmlərinin səsləndirilməsində iştirak edib, "Adam ol" filmində çəkilib.
Rəhilə İbadova 1970-ci ildə ailə qurub, beş uşaq anasıdır. 1999-cu ildə həyat yoldaşı vəfat edib.
Yuxarıda qeyd etdiyimiz kimi, aktrisa Rəhilə İbadova məhbəs həyatı yaşamağa da məcbur olub. R.İbadova tənha qocaların etibarından sui-istifadə edərək, onları aldadıb mənzillərini ələ keçirməkdə təqsirləndirilən dəstənin üzvlərindən biri kimi ittiham olunaraq həbs olunmuşdu. Aktrisa 2006-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib (sonradan Bakı Apelyasiya Məhkəməsi işi 8 ilə endirib). Cəza çəkdiyi dövrdə həbsxanadakı Dram Dərnəyinin rəhbəri olub. Aktrisa vaxtından əvvəl - 2013-cü il dekabrın 11-də azadlığa buraxılıb.
Rəhilə İbadova həbsxanadan çıxanda mətbuata verdiyi açıqlamada həbs olunmağına görə müstəntiqi günahlandıraraq demişdi: "Düzgün iş aparmadı. Həm pulum getdi, həm canım".
Aktrisanın müğənni bacısı Firuzə İbadova isə həmin vaxtlar bu hadisə haqda danışarkən "onu bu günə salanları görüm ondan da o yana getsinlər. Mənim adımı batırdılar, amma tam ləkə yaxa bimədilər" söyləmişdi...
Aktrisa Rəhilə İbadova hazırda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyətinə davam edir.
Sentyabrın 15-də teatr yeni mövsümün açılışını edib. Teatra gələn tamaşaçılar "Cırtdan"a Azərbaycan dilində baxıblar. Birhissəli kukla tamaşasında rollardan birni teatrın aparıcı aktyoru Rəhilə İbadova ifa edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
XƏBƏR LENTİ
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)





