Mədəniyyət

“Bir az da yaşasam, öləndə ağlayanım olmayacaq” - Fikrət Qoca

24 Avqust 2019 11:19
20 Şərh     Baxış: 2 524

"Yer kresloda oturmaq demək deyil ki, yer işdir. Bu yeri səsvermə ilə seçirlər. Səs qazanmazdan öncə hörmət qazanmaq lazımdır. Ümumiyyətlə, gərək yazıçı hörmət, ad-san qazansın. Hazırda qurumda 10-dan çox akademik var. Belə bir təşkilat tanınmayan bir gənci rəhbərliyə gətirsə, akademiklər deməz ki, bunlar kimdir?"

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Yeni Müsavat"a müsahibəsində Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca deyib. Sabah 84 yaşı tamam olacaq şair ad günlərini adətən qeyd etmədiyini bildirib.

"Bir sıra gənc yazarlar tez-tez deyir ki, niyə qurumda 32 ildir ki, katib işləyən Fikrət Qoca və 28 ildir sədr olan yazıçı Anar, yaşlılar yerini, kreslosunu gənclərə vermək istəmir?" sualına Fikrət Qoca belə cavab verib:

"Məşhur, tanınmış əsəri yoxdur, amma sədr olmaq istəyir. Anarı tanıyırlar, ona görə ona səs verirlər. Hər 5 ildən bir bu vaxtı başlayırlar qaynaşmağa, iddia ortaya atmağa ki, sədr olmaq istəyirəm. İddia gərək ölçülsün. Mən kosmonavt olmaq istəyirəm. Amma axı kosmonavt yazıqlar xeyli məşq edir, illərlə bu yolu keçirlər. Bu məsələ də belədir. Biz axı bu işin necə aparılmasını bilirik. İndi deyirlər ki, bu işləri yarımçıq qoyaq, deyək ki, gəl Əhmədağa, bura sənindir? Onlar bilməyəcək işin başı harasıdır, ayağı harası".

Xalq şairi qeyd edib ki, sədrliyə namizədliklərini verən yazıçıları tanımır: "Vallah yaxşı tanımıram. Çünki mən yazıçıları əsərləri ilə tanıyıram. Özlərini görsəm, bilmirəm yadıma düşər, ya yox. Mən buranı tutub duran deyiləm, hamımız bir gün gedəcəyik. İndi dəli deyiləm ki, qoca vaxtımda durub bura gəlim. Bir gün heç qurultayı gözləməyəcəm, çıxıb gedəcəm. Gəlib işləyə biləcəklər? Bəzən elə kobud şəkildə deyirlər ki, "dur, get!", adam bilmir hansı ailədən gəliblər. Yazıçı üçün əxlaq ciddi məsələdir?"

Fikrət Qocanın sözlərinə görə, yazıçı Anar ona yerini təklif etsə buna razı olmaz: "Anar həm istedadlı yazıçıdır, həm də çox ziyalı, ciddi insandır. Bununla bərabər onun insanlarla işləmək qabiliyyəti yüksəkdir. Məsələn, düşünürəm ki, ola bilər ki, hansısa məqamda özümdən çıxa, dözə bilmərəm, qarşımdakına ağır söz deyərəm, bunları yəni özümdə hiss edirəm, ona görə ehtiyatlı oluram. Amma Anardan arxayınam, onu 60 ildir ki, tanıyıram. Bir şey olanda gedib onunla məsləhətləşirəm - baxmayaraq ki, ondan 3 yaş böyüyəm, mən də onun qədər təhsil almışam. Anar bu işə layiqdir. Üstəlik, beynəlxalq miqyasda, keçmiş SSRİ məkanında olmuş dövlətlərdə tanınır. Burdan bir məktub gedəndə izah etməyə lüzum qalmır ki, kimdir, nəçidir. Biri gedəndə, deyəndə ki, "məni Anar dəvət edib", sorğusuz qəbul edirlər. Tutaq ki, burada birini biz tanıyırıq, amma axı onu dünya tanımır. İndi Anarın qədrini bilsinlər ki, işləyir. Anar bilsə ki, bir nəfər belə onun əleyhinə səs verəcək, bir dəqiqə də dayanmaz burda. Hansı ki, sədr olmaq istəyirlər, bir nəfər seçilən kimi, düşəcəklər onun üstünə".

"Doğum gününüzdə kimdən təbrik gözləyirsiz?" sualını isə Qoca belə cavablandırıb:

"Bu mənim üçün böyük iş deyil axı. Artıq yaşlaşmışam. Elə bilirəm ki, bir az da yaşasam, öləndə ağlayanım olmayacaq. İnsan nə qədər yaşayar? Özü də 3 dəfə ölüb-dirilmişəm. İnsan sadəcə, onun arxasınca baxan nəvəsi və yaxud övladının nigaran, qorxu dolu baxışını fikirləşir, bax bu çox dəhşətlidir..."

Milli.Az

loading...

Şərh yaz:

20 Şərh:

  • Anonim
    Rəssam · 24 Avqust 11:40142

    Allah Sizə ömür versin, Fikrət müəllim. Sizə bir əhvalat danışım.Mən o qurumda işləyəndə,bir gün əlimizə özünə şair deyən fərsiz birinin yeni buraxdırdıgı kitab düşmüşdü. Uşaqlarla qərara gəldik ki,kitabı həmin şairciyəzin adından Fikrət müəllimə təqdim edək. Kitabın içinə yalançı avtoqraf yazıb təqdim etdik.Səhəri günü Fikrət müəllim işə gəlmədi.Gözlədik birisigün də gəlmədi.Hərə bir şey deyirdi.Deyirdim yəqin yazıq Fikrət Qoca bu biabırçı şerləri oxudu,iraq olsun infarkt felan oldu. Hamı fikirləşir ki,bu yazıq kişiyə noolduki işə gəlmir. 3-cü gün dəhlizdə Anar müəllimi görüb soruşdum axır. Anar müəllim qayıtdı ki,Fikrət müəllimin Agdaşda yaşlı bir qohumu var idi,rəhmətə gedib.Dedim şükür Əzrayıl qıymadı Fikrət müəllimə,sonra əhvalatı Anar müəllimə danışdım. Anar müəllim bir xeyli güldü,sonra dedi ki bəs o kitabdan ona da tapım.Kitabı tapıb gətirdim.Anar müəllim səhəri günü işə gəlmədi). O saat evlərinə zəng vurdum. Dedilər Türkiyəyə gedib,bir həftədən sonra gəldi).

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 24 Avqust 11:56122

    Axırıncı fikirlər kövrəltdi,düzü.Qəribədir,insan müəyyən yaşa gəldikdən sonra,ölümü gözləyir,əksər hallarda isə ölmək istəmir,ölümdən qorxur.Gənc olanda yada salmasa da,qorxmur,haqq bilir...P.S.Yaşlaşmış,yaşını bilən şairin bu fikirləri səsləndirməsi heç xoşagələn deyil.Yəni gənclərin içində heçmi o yerə layiq olanı yoxdur??Fikrət müəllim,bunu bu qədər rahat deyib,həmkarınızı tərifləməyiniz çox böyük tragediyadır.Siz bunu dərk edəcək səviyyədəsiniz axı.Bu ölkədə hər sahədə gəncləşməyə ehtiyac var!!Bunu ən əvvəl siz qəbul etməlisiniz.Siz dəstəkləməlisiniz.Neçə illərdir həmin postda işləmiş sizlərin,yerinə yetişdirdiyi,dəstək ola biləcəyi,istedadlı gənc kadr yoxdursa o boyda birlikdə,onda siz gedin....Nə isə..

    Cavab yaz
    • Anonim
      Papatya · 24 Avqust 14:2641

      "Neçə illərdir həmin postda işləmiş sizlərin,yerinə yetişdirdiyi,dəstək ola biləcəyi,istedadlı gənc kadr yoxdursa o boyda birlikdə,onda siz gedin" - duppeduz!!!

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 24 Avqust 18:1531

        Salam,Papatya.Böyük sənətkarlar,yazıçılar nədənsə bu barədə çox”xəsis”dirlər.Yetişdirmirlər,yolunu tapıb yetişdirsələr keşkə,döyə-döyə,danlaya-danlaya,tənqidlə də olsa mütləq gənc kadrlar yetişməlidir.Yetişməsinə yol verilməlidir.Elə etməlidirlər ki,həmin sənətkarların özlərini belə çəkinmədən tənqid edə bilsinlər.Qarşılıqlı təlim tərbiyə sayılır bu.Bu xudbinlik bizi uçuruma aparır.Yağ çəkməklə heç bir sahədə irəli gedə bilmirik.

        Cavab yaz
  • Anonim
    777 · 24 Avqust 12:0171

    Mekteblerimizde o qeder savadli, isinin öhdesinden gelen, hörmet sahibi mûellimler var. Amma 65 yas olan kimi isden uzaqlasdirilir ve cemiyyet ûçûn lazimsiz sexse çevrilir. Cemiyyetimizde Anari, F,Qocani evez edecek seviyyede ziyali yoxdur ki, onlar 82-84 yasinda da isleyirler. Heç kes evezolunmaz deyil, genclere de yol açmaq lazimdir.

    Cavab yaz
  • Anonim
    Tam Maxfi. · 24 Avqust 12:4810

    Allah omur versin.Allah bilen meslehetdi.

    Cavab yaz
  • Anonim
    Cali quşu · 24 Avqust 13:3450

    Ressam Melim, xahiş edirəm o kitabdan mene de tapin. Verilecek bir. İki nefer var. Hec olmasa bir hefte uzlerini gormerem. Allah omur versin Fikrət muellim

    Cavab yaz
  • Anonim
    Zyuma · 24 Avqust 14:5620

    Cox dogru buyurduz Cali quwu..Ne olardi o kitabin tiraji cox olardi..Lap meni maraq goturdu.. Fikret muellim sizlere ise ALLAH cansagligi versin...Amma heqiqeten ziyali ..savadli genclerimiz coxdu...Onlarada werait yaratmaq lazimdi..Ne ise.......

    Cavab yaz
  • Anonim
    Zyuma · 24 Avqust 14:5700

    Birdeki teki siz yawayin Fikret muellim..qoy aglayaniniz olmasin..

    Cavab yaz
  • Anonim
    Anonim · 24 Avqust 15:1720

    Siz birinci xanimdan olan ushaglarinizi atib gedende niye axirinizi fikirleshmediniz? Yazig giziniz Pervane hemishe ata gozledi, amma ata gelmedi, gelende ise eline balta alib arvad ushagini gabagina gatib govurdu evde. Ne ise yazacagim chox sozler var amma burda achiglamag istemirem.

    Cavab yaz
  • Anonim
    Süleyman · 24 Avqust 18:3100

    Görünür, yaş artıq özünü göstərir, yoxsa Fikrət Qoca Yeni Müsavat kimi qəzetə müsahibə verməzdi.

    Cavab yaz
  • Anonim
    F.S.D. · 24 Avqust 18:3330

    Rəssam müəllim çox xahiş o kitabdan mənə də göndərin)) Fikrət müəllimə can sağlığı arzulayıram.

    Cavab yaz
  • Anonim
    Rəssam · 24 Avqust 19:5840

    Axşamınız xeyir. Baxıram ki, yamanca tələbat var həmin kitaba. Adam məhşur olacaq lap). Amma danışdıgım hadisə çoxdan olub, 12il bundan qabaq.Həmin kitabdan tapsam mütləq çatdıraram)

    Cavab yaz
    • Anonim
      Ulya · 24 Avqust 22:2630

      Salam. Şərhçilər üçün təkrar nəşr )))) mənim də adımı siyahıya əlavə edin ))))

      Cavab yaz
      • Anonim
        Rəssam · 24 Avqust 23:1520

        Əleyküm-salam. Baş üstə, 1-ci gün soruşacam,görüm nə xəbər var o adamdan).

        Cavab yaz
    • Anonim
      F.S.D. · 24 Avqust 22:5220

      Axşamınız xeyir, bəli təlabat çoxdur)) kitab tirajla satışa çıxarılsa həqiqətəndə müəllif məhşurlaşa bilər))) çox sağ olun, inanmıram tapıla)))

      Cavab yaz
  • Anonim
    Rəssam · 25 Avqust 10:0130

    Ürək dolub bulub kimi, Bu bir köhnə bayatıdır. Aglamaga ən xəlvət yer, Leysan yagışın altıdır... Balıq deyiləm mən susam, Dəniz içində susuzam, Ömrüm dönüb yuxu ola, Mən onu tərsinə yozam... Buludlar gedir dənizə, Hər damlası bir sözüdür, Buludların aglamaga, Xəlvət yeri dənizidir. P.S. sabahınız xeyir, Fikrət müəllimin yazdıgım şeri çox xoşuma gəlir, bəlkə də yüz il bundan qabaq oxumuşam əzbər yadımda qalıb, bir beytin özüm yazmadım. O kitabı tapsam ən azı bəzi nümunələri burda yazacam oxuyarsız. Sizə çox xeyiri olacaq, ən azı havayı arıqlama qazanacaqsız, ətiniz töküləcək).

    Cavab yaz
    • Anonim
      F.S.D. · 25 Avqust 12:2310

      Hər vaxtınız xeyir Rəssam müəllim, bu gözəl şer misrası üçün təşəkkür edirəm.bir misarını niyə kəsdiniz? Tapsanız çox yaxşı olar, mənim ehtiyacım yoxdur arıqlamağa, dietada saxlamıram mənlik deyil, işdə isə lazım olur hərdən)))

      Cavab yaz
      • Anonim
        Rəssam · 25 Avqust 12:4810

        Salam,siz sag olun,bəs məni aldadırlarki dieta hamıya lazımdır). Fikrət Qocanın yaxşı şerləri var. Elə Anar müəllimin də. Allah eləsin tapa bilim o kitabdan)

        Cavab yaz
        • Anonim
          F.S.D. · 25 Avqust 13:1500

          Salam, Sizə evdə nə deyirlər düz deyirlər, mütləq əməl edin. Mən isə həqiqətəndə dieta saxlamıram, və köklüklə bağlı heç bir problemim yoxdur. Nə tapsam iştahla yeyirəm xüsusən konfet))) Anar müəllim Fikrət Qoca şerləri əsərləri ilə mədəniyyət gətirdilər indiki gənclərdən fərqli olaraq. Tapsanız yaxşı olar işdə zəhləm getmişlər var))

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.