Mədəniyyət

Bakıya "Skinxed" gəlir

8 Aprel 2010 18:36
Baxış: 617
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yazıçının Milli.Az-a verdiyi xəbərə görə, kitab Moskvanın məşhur "Eksmo" nəşriyatında çap olunub. Yerli oxucu audotoriyasına kitab, aprelin 10-da Bookcafe "Əli və Nino"da təqdim olunacaq.

Romanda, Moskvada orta məktəbdə təhsil alan 11-ci sinif şagirdi, anasını çox sevən, sevdiyi qızla görüşüb, idmanla məşğul olan Artyomdan danışılır. Bundan başqa, o, "Qırmızı üzük" klubunun da üzvüdür. Uzun illərdən sonra ilk dəfə onun həyatında əsl iş peyda olub. Belə ki, Artyom miqrantlara qarşı zorakılıqla mübarizəyə başlayıb. Ancaq həmişəmi hədəf özünü doğruldurmu?

Xatırladaq ki, Rəna Yüzbaşı, əsəri Milli Kitab Mükafatının "long list"inə düşən yeganə qadın yazardır. Onun ilk romanı "Sərçədən sevgi ilə" ("From Воробышек with love") 2007-ci ildə Bakıda çap olunub. Elə həmin ildə ikihissəli "Əbədiyyət və artıq bir dəqiqə" romanının 1-ci hissəsi işıq üzü görüb. 2009-cu ildə isə "Skinxed" romanını bitirib. Bu romanın uguru həm də ondadır ki, Rusiyanın tanınmış "Eksmo" nəşriyyatının məhsulu və məşhur "Rus bestselleri" seriyasına daxil olmasındadır. Yazıcı, hazırda yeni roman üzərində çalışır.

Tanışlıq ücün deyək ki, Rəna Yüzbaşı 1976-cı il avqustun 15-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bundan başqa iqtisadiyyatın idarə olunması hüququ magistr dərəcəsi alıb. Daha sonra Polşada Helsinki İnsan haqqları Fondunun hüquq müdafiəçisi kursunu bitirib. 2008-ci ildə Avstriyada yerləşən Avropa Universitetində konfliktologiya üzrə dissertasiya müdafiə edib.

S.Babayeva
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.