Mədəniyyət

CinemaPlus Gənclik Mall-da Elvin Novruzun "Dərdverən" klipinin təqdimatı keçirilib - FOTO

21 İyun 2018 19:54
Baxış: 949
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

CinemaPlus Gənclik Mall-da ölkənin əsas vokal şousu olan "The Voice of Azerbaijan"ın yarımfinalçısı Elvin Novruzovun (L`veen) "Dərdverən" adlı klipinin təqdimatı baş tutub. Tədbirdə klipin yaradılmasında iştirak edən şəxslər, incəsənət və media nümayəndələri iştirak ediblər.

Həmçinin tədbirdə Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva, Samir Cavadzadə, Samirə Əfəndi, Vlada Axundova, Tofiq Hacıyev, Ruslan Alişan, Aliyə Rəhimova, Ləman Dadaşova və başqaları iştirak ediblər. Təqdimatdan sonra klipin yaradıcı kollektivi çıxış edib.

Musiqinin müəllifi - Elvin Novruzov, rejissor və sözləri - Tofiq Hacıyev. Aranjirovka -
Dj Reed Russel, Mix/Master - Emil Əliyev, operator - Ramil Niftəliyev.
Klipdə, həmçinin Cessika, Yana və Emil Adıgözəlli kimi rəqqas və rəqqasələr çəkilib.
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.