Mədəniyyət

Nazirlər Kabinetindən kino sahəsi ilə bağlı sərəncam

18 İyun 2025 11:49
Baxış: 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Nazirlər Kabineti 12 iyun 2025-ci il tarixində ölkədə kinematoqrafiya və digər audiovizual əsərlərin istehsalını stimullaşdırmaq məqsədilə sərəncam qəbul edib. Sərəncam, Azərbaycan Respublikası Prezidentinin 29 may 2025-ci il tarixli 610 nömrəli Sərəncamının icrasını təmin etməyə yönəlib.

Sərəncama əsasən, bir sıra tapşırıqlar müəyyən edilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birgə audiovizual əsərlərin istehsalı zamanı çəkilmiş xərclərin qismən geri ödənilməsi mexanizminin layihəsini hazırlayaraq 15 gün müddətində Nazirlər Kabinetinə təqdim edəcək.
Bundan əlavə, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə kinematoqrafiya sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay ərzində hazırlayıb təqdim edəcək. Prezident sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılması istiqamətində təkliflərin beş ay müddətində təqdim olunması nəzərdə tutulur.

Qərar Azərbaycanda film və audiovizual məzmunun istehsalına olan marağı əhəmiyyətli dərəcədə artıracaq, bununla ölkəyə xarici investisiyaların axını sürətlənəcək və xarici təcrübənin ötürülməsi ilə yerli kadr potensialı güclənəcək. Geriödəmə mexanizminin tətbiqi həm yerli, həm də beynəlxalq istehsalçılar üçün daha cəlbedici və rəqabətqabiliyyətli mühit yaradacaq, yeni iş yerləri formalaşdıracaq və nəticə etibarilə ölkənin kino sənayesinin ÜDM-dəki payının artmasına və Azərbaycanın beynəlxalq film bazarında tanınmasına ciddi töhfə verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.