Həmidə Ömərova: "Həyat yoldaşımla dostam, amma qadın kimi xoşbəxt deyiləm"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Biz sovet dövründə böyümüşük, ona görə də ulduz xəstəliyimiz yoxdur. İndi də sadə insanlar var, amma azdır. İnsana gərək ətrafındakılar dəyər versin. Bəziləri özlərini olduqlarından yüksək göstərməyə çalışırlar və buna nail olurlar. Həmin insanları mən oxuyuram.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Həmidə Ömərova deyib.
"Geriyə baxanda" verilişinin qonağı olan aktrisa həmkarlarının təkəbbürlüyündən gileylənib:
"Gənclik illərində düşünürdüm ki, dəyişim. İndi isə olduğum kimiyəm. Belə olmaqla insanları səmimi olmağa sövq edirəm. Gözəllik sadəlikdir. Vaxtilə Leyla Bədirbəylidən bir atalar sözü eşitmişdim: "Ağac nə qədər bar versə, başını aşağı salar". Hər zaman buna əməl edirəm. Özümü başqa cür qələmə verməyə çalışmamışam. Necəyəmsə, eləyəm".
H.Ömərova heç vaxt plastik əməliyyat etdirmədiyini söyləyib:
"Hələ etdirməmişəm. Amma bir şey etiraf edim: "Nizami" filmində çəkilirdim. Çəkilişlər Moskvada aparılırdı. Rəfiqəmlə küçəylə gedəndə kosmetoloji mərkəz gördük. Anam deyirdi ki, burnunda əməliyyat etdirməlisən. Mən də mərkəzin qabağından keçəndə getdim yazıldım həkimə. Həkim deyir ki, niyə istəyirsən? Qayıtdım ki, uzundu, mənə mane olur. Amma etmədilər, dedi ki, "Get, nə vaxt səni filmə çəkməsələr gələrsən edərəm". Həmin hadisədən sonra mənim üçün plastik əməliyyat mövzusu bağlandı. Allah səni belə yaradıb, bu görünüş sənə xüsusi şarm verir. Niyə edirsən?"
"Həyatda o qədər problemlər var ki... Görürəm qonşum pisdi, həmkarım xəstədir, necə rahat yaşayım? Mən rahatlığı ancaq işdə tapa bilirəm" deyə, H.Ömərova söyləyib.
Aktrisa daha sonra xoşbəxtlikdən söz açıb. O, "Demisiniz ki, xoşbəxt anayam. Amma qadın kimi xoşbəxt olmadım" sözlərinə belə cavab verib:
"Bir dəfə etiraf etmişəm... Bir qadın kimi xoşbəxt ola bilmədim. Mən xoşbəxt ana və aktrisayam. İnsan həyatda hərtərəfli xoşbəxt ola bilməz. Mən həyat yoldaşımla dostam, bir-birimizi başa düşürük. Amma xoşbəxtlik başqa şeydir. Mən onu filmlərdə, rollarda oynamışam. Orada onun nə olduğunu hiss etmişəm. Reallıqdır, hər zaman nəyisə qurban veririk. Hər şeyi çatdırmaq mümkün deyil".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
XƏBƏR LENTİ
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)





